Əhsən sənə Aşıq Alı
Əhsən sənə Aşıq Alı Müəllif: Ağ Aşıq |
Aşıq Alıya |
Mahalımın şah tavarı,
Alqış sənə, Aşıq Alı.
Saldın kəməndə Yığvalı,
Alqış sənə, Aşıq Alı.
Ustadıyın üzü ağdı,
Zəkiyə çəkdiyin dağdı.
Oğul, müjdəm xub soraqdı,-
Alqış sənə, Aşıq Alı.
Duraxan da gəldi dada,
Əsməri də saldın oda.
Ağ Aşığın bu dünyada
Şöhrətisən Aşıq Alı,
Alqış sənə, Aşıq Alı.
Bu əsər müəlliflik hüququnun qüvvədə olma müddəti, müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 70 il olan dövlətlərdə ictimai varidata keçmiş sayılır. |