Əhvalını, ey dil, sənə yarın demədimmi
Əhvalını, ey dil, sənə yarın demədimmi Müəllif: Mirzə Həsən Yüzbaşov-Qarabaği |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Əhvalını, ey dil, sənə yarın demədimmi?
Hər feli xətadır o nigarın, demədimmi?
Meyl etmə o zulfə, özünü salma xətayə,
Zəncirdi hər bir xəmu tarın, demədimmi?
Cək covrunu, ey dil, nə qədər var həyatın,
Bədməstliyini ceşmi-xumarın demədimmi?
Ey dil, o siyah ceşmi-xətakarə inanma,
Təzviri-bəladır, həmc karın demədimmi?
Can vermə, konul, eşqə, onun cəkmə cəfasın,
Eşq atəşinin ahu nəzarın demədimmi?
Səbr eylə, konul, eşqdə hicranına yarın,
Hicran gununun naləvu zarın demədimmi?
Vəsl ilə, Həsən, eyləmə hicrani fəramuş,
Var dalda xəzanı bu baharın, demədimmi?