Rəvayətlər. Əjdaha burnu
Müəllif: Şifahi xalq ədəbiyyatı


Keçmişlərdə Arpa çayının sahilində bir kişi varmış. Onun da bir qızı ki, day tayı-bərabəri yoxmuş. Bu qız bir oğlanı istəyirmiş. Bir əjdaha da qıza bənd olubmuş. Hey qızı pusurmuş.

Bir gün oğlanla qız görüşür. Əjdaha da bunu görür. Bərk qəzəblənir. İstəyir ki, qıznan oğlanı kamına çəksin.

Elə bu vaxt qızın atası böyürdən çıxır. Hal-qəziyyəni bilir. Üzünü tutur göylərə yalvarır ki, onları Allah əjdahadan xilas etsin. Kişinin yalvarışı yerinə yetir. Əjdaha daş olur. O vaxtdan həmin daşa da “Əjdaha burnu” demişlər.

Mənbə

redaktə