Ələsgər (Mirzə Bəylər)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ələsgər Müəllif: Mirzə Bəylər |
Aşıq Ələsgərə |
Güşeyi-səhrada, tənhanişində
Sən ki yazdın bu ünvanı, Ələsgər!
Çillənin günündə, qış mövsümündə
Bahar etdin zimistanı, Ələsgər!
Naməniz qəlbimi xeyli oyatdı,
Mətləbi mövzundu, xub kəlimatdı.
Yusifin köynəyi Yaquba çatdı,
Abad etdi bu Kənanı, Ələsgər!
Aşiqəm mən sənin ixlatlarına,
Nəzminə, fərdinə, xoş əbyatına.
Afərin, afərin əsli-zatına!
Sənisən hafizi-sanı, Ələsgər!
Gərçi müləbbəssən ev libasında,
Şahidəm, şəribsən haqqın tasında.
Azəribaycanda, türk arasında
Sənin kimi şair hanı, Ələsgər!
Durmamışam məcazının qolunda,
Gəzməmişəm namərd sağü-solunda.
İmtahandan çıxan dostun yolunda
Əsirgəməm, billah, canı, Ələsgər!?
Əcəb nəzmi, xoş əfradı yazıbsan,
Vəsfi tamam ictihadı yazıbsan,
Ləqəbi atıban, adı yazıbsan,
Unutmaram bu ziyanı, Ələsgər!
Səhv etdim, ləqəbim sətrə sığışmaz,
Ləfsi səqil salar, bəhrə sığışmaz.
İnşallah, qəzəbə, qəhrə sığışmaz,
Əfv elərsən bu üsyanı, Ələsgər!
Mən belə işlərə mahir deyiləm,
Baxma, öz-özümə faxir deyiləm.
Hərçəndi yazıram, şair deyiləm,
Bağışlarsan bu Mirzanı, Ələsgər!