Əla, ey dilbərim, yarım, xərabat
Müavin mana ol Sübhan olursa Müəllif: Həbibi |
Mənbə: HƏBİBİ. Qəsidələr — azadliq.org saytı. Yayımlanıb: 29.03.2011 |
Əla, ey dilbərim, yarım, xərabat,
Dilü can içrə dildarım, xərabat.
Bu viran dil sarayın vəsl əlilə
Yap, ey lütf issı memarım xərabat.
Məni zar etməsün, de, xari-hicrin,
A can bağında gülzarım, xərabat
Məni şol cami-meydən məst eylə
Ki, sənsən sətri-əsrarım, xərabat.
Mənim bu mənliyim, mülkümü yoğma
Çün etdin, türkü tatarım, xərabat.
Məhəllən gülxaninün guşəsidir,
Sığıncım, bürcümü barım, xərabat.
Girov olsun da piri-meyfiruşə
Mürəqqa, cübbə, dəstarım, xərabat.
Ümidim bad etmə, badə vergil,
Ey abu xakimü narım, xərabat.
Ənasir, şeş cəhatü həft kövkəb,
Bu doqquz çərxi-dəvvarım, xərabat.
Əgər sufi vicudi nur olursa,
Hədisü nəqlü əxbarım, xərabat.
Kəlamü hikmətü elmi-lədünni
-Mənim mehrimdir, ənvarım, xərabat.
Bəyanü məntiqü qanuni-heyət,
Qəzəl, qövlilə əşarım, xərabat.
Dəfü neyü udu şeşta çəngü bərbət,
Mənim təsnifi-ədvarım, xərabat.
Məşami-canə ətrin buyun irgər,
A tibb ənfas, əttarım, xərabat.
Şu firovni gözünlə qarə zülfin
Olaldan bərü səhharım, xərabat.
Dəli-divanə oldum məst gözündən,
Bil, ey danayi-buşyarım, xərabat.
Həbibi niyc ed istiğfarü tövbə*
Ki, əzəldən oldun əhranın, xərabat.
Könül çirkin yu getsin Fəzl əliylə,
A tahir, pak əbharım, xərabat.
Məni bu ikilikdən birə irgər,
A həftü pəncümü çarım, xərabat.