Əlhemdülillah, fikrimdir Allah
Əlhemdülillah, fikrimdir Allah Müəllif: Mirhəmzə Seyyid Nigari |
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub. |
Əlhemdülillah, fikrimdir Allah,
Fikrimdir Allah, əlhəmdülillah.
Könlümdə, dildari dilxah,
Dilxari dilxah könlümdə, vallah.
Zikrimdir Allah hər bir məhəldə,
Hər bir məhəldə zikrimdir Allah.
Tövbəti lillah əcəb riyadən,
Əcəb riyadən tövbətü-lillah.
Əstəğfırullah birahlıqdan,
Birahlıqdan əstəğfırullah.
Keçməzəm bəzmi səmadən,
Bəzmi səmadən keçməzəm, billah.
Virdimdir Allah, Seyyid Nigari,
Seyyid Nigari, virdimdir Allah.