Əli (Mirzə Həsib Qüdsi)

Əli
Müəllif: Mirzə Həsib Qüdsi
Mənbə: Axund Hacı Soltan Hüseynqulu oğlu. "Həzrət Əli (ə) və dünya ədəbiyyatı". Bakı, "Tural-Ə" NPM, 2001

Cahan əhlinə rəhnümadur Əli.
Ki,nuri zəminü səmadur Əli.

Ki sən ərşi-Əkbərsən ey Mustəfa,
O ərş üzrə şəmsüzzühadır Əli.

İki ləfzdür leyk mənadə bir,
Əli Müstəfa, Mustəfadur Əli.

Edib cilvə zatında mehr sifat,
Ki,ayineyi-həq nümadur Əli.

Qoyub başinə əfsər hələta,
Cahanda şəhi-övliyadur Əli...

Olub gülşəni- "Qüds"ə daim bahar,
O gülzarə eyni-səfadur Əli.