Əli Atam, Əhməd Babam, Rəbbim Sultan Əli
Əli Atam, Əhməd Babam, Rəbbim Sultan Əli (1994) Müəllif: RAUF CAVAD |
Əli, şiri Xuda, sözüm Əli, Sübhan Əli,
Gözüm Əli, kim bu Əli? Qəmi Pünhan Əli.
Gəlib Kəbədə dünyaya O, Mustafa Nuru,
Kəbədən üstünü, Həqq Kamili insan Əli.
Ucalıb Əhməd evində, alıb ali dərsi,
Olub birinci inam, birinci İman Əli.
İman edib Həqqə, on iki imam Nur Əqli,
Ucadan ucadı tək Rəbbim, ismixan Əli.
Əli cümlə aləmlərə eşq, ləqəbi nədi?
Bəs Uca kim? Rəbbimin sifəti Rəhman Əli.
Kimdi bu Şahi Vəli? Surəti-şəkli pirdi?
Allah gör nə dedi, dostum Aslan-şirxan Əli.
Özümdü Əli, əks eyləmişəm nur tövhəni,
Sözümdü Əli, dili şirin-şəkəran Əli.
Gözümdü Əli, görər Həqq, sevər Ədaləti,
Əli hər bir kəsə dayaq, tək qəriban Əli.
Yetimə edər nəvaziş, İlahi kimdi O?
Kömək olur kimsəsizə, O, əl tutan Əli.
Bəşərə Ata, Nur Muhəmməd-Əlidi nida,
Nemətdi verib Xuda, pak ruhi, rizvan Əli.
Şahi Mərdan, əli verib tək rükuda zəkat,
Vəli edib ibadət, itaət qanan Əli.
Gəl etmə küfr, eşit sözü candan gör ol insan!
Gör ki, insanlıq nədi! Şah örnək ünvan Əli.
Kimdi zülmkar? Zülm edir bəşərə Həqqi danan?
Əli məzlum, elm-Nicat qapısı quran Əli.
Həsən eylədi sülh, çün ilahi niyyəti sülh,
Hüseyn oldu şəhid, səcdəgahı al-qan Əli.
Zeynəbdi Nurlu bacım, qibləgahım Muhəmməd,
Rüqəyya tək ağlar bəşərə pərişan Əli.
Raufdu Abbasi Ələmdar, şüarı Zəhra,
Əli Atam, Əhməd Babam, Rəbbim Sultan Əli!