Əli Haqqla, Haqq da Əliylə! Vəli ünvanım Əli

Əli Haqqla, Haqq da Əliylə! Vəli ünvanım Əli! (1994)
Müəllif: RAUF CAVAD

Kim bu Vəli!? Haqqı söyləyən Ədalət, şanım Əli!
Tutub dost Uca Rəbbim, vilayəti nur, sanım Əli!
 
Kəbəni var edən Adəm, İbrahim Xəlil özüdü!
Ruhu, Kəbədən üstünü, O, Kamil insanım Əli!

Müqəddəs Kəbədə gəlibdir dünyaya Əli Nadir!
Gör kim alıb Əhməddən ali dərsi? imanım Əli!
 
Yatıb Mustafa yerinə, can keçib düşmən əlinə!
Düşmən də təəccüb edib bu eşq-halə, canım Əli!
 
İzin verilməyib gəlsin Kəbədə dünyaya İsa!
Bax, gör kim bu Məsih?! O, peyğəmbər tək nişanım Əli!

Hər sözdə Hikmət eşidib, düşündünmü kim bu Arif!?
Əli Haqqla, Haqq da Əliylə! Vəli ünvanım Əli!

Döyüş meydanında Əli, Mühəmmədin qol-qanadı!
İslamın zəfəri, Həqq vəsiyyəti-amanım Əli!

İnsanlığa verib hörmət, hər kəsə edib qəzavət!
Olub Şəhid, kor naqis əlindən, pir Aslanım Əli!

Əli dostluğa sədaqətli, ədalətli nümunə!
Kimsəzsizə mərhəmət, pak vücudi, Sübhanım Əli!

Ağlayır hər gün bəşərin ac-yalavac yetimləri!
Nərdədir miskinlərin dostu, Ümid-gümanım Əli!?

Əli, məzlum, sözün mərifəti, möminlər əmiri!
Hər dövürdə Haqqa-Həqiqətə, Şah-Sultanım Əli!

O, Rauf, məbəd səcdəgahım, Nur əqlin qibləgahı!
O, dünənim, bu günüm, sabahım, hər Zamanım Əli!