Əli miskin bəşərin oxşayan şəfqəti
Əli miskin bəşərin oxşayan şəfqəti (1995) Müəllif: RAUF CAVAD |
Əli Allahın adı, sevginin tam-dadı,
Əli tək-qəriban kəslərin dad-imdadı.
Əli Yaradanın zatı, sirrin üst qatı,
Əli qənd ilə şəkərin şirin nabatı.
Yesən, Əli söz ləzzətin anlarsan dadı!
Əli Tanrının özü, Ədalətin gözü,
Əli yetim-yesirin ahü-fəğan sözü.
Əli Rəhmanın Mehriban-Rəhmli surəti,
Əli miskin bəşərin oxşayan şəfqəti!
Görsən kaş ey qafil, Əli Rəbbinin adı!
Əli Sübhanın niyyəti, ümid-gümanı,
Əli günahların təmizlənən ünvanı.
Əli Sultanın çox möhkəm arxa-dayağı,
Əli haqqın sorğu-sualı, tək sorağı.
Bilsən kaş ki, kim bu Əli, ruhi bəqadı!
Əli Varlığın dövləti sığmaz Xəyalə,
Əli yoxsulların xoş sovqatı Kəmalə.
Əli Yoxluğun Nuru, var olma səbəbi,
Əli Muhəmmədin mərifəti-ədəbi.
Sevsən Həqqi-Əhli-beyti, Əli qaladı!
Əli Yarın Heydəri, islamın zəfəri,
Əli müqəddəs quranın ruhu-kədəri.
Əli Əqlin qüdrəti, fikrin səcdəgahı,
Əli imanın şərti, dinin qibləgahı.
Zikr eylər Aşiq, Əli eşqin Kərbəladı!
Əli Zəhranın, tüm möminlərin mövlası,
Əli Abbasın, Həsən-Hüseynin ağası.
Əli Zamanın, Zeynəb-Rüqəyyanın dərdi,
Əli məzlumun qəmi, həqiqətin mərdi.
Muhəmməd-Əli kimsəsizlərə Atadı!
Əli Zərgərin şah əsəri, Dürdanəsi,
Əli on dörd nurun Səkinəsi-xanəsi.
Əli Raufun xeyirxah ömür yoldaşı.
Əli peyğəmbərin fədakar can qardaşı.
Şüarımdır Əli, söz qanana mənadı!