Əlimdə
Müəllif: Xəstə Qasım
Mənbə: "Xəstə Qasım (1684-1760)" (az.). shahbulaq.az. 12.09.2014. İstifadə tarixi: 2015-04-20.

 
Üç gündür çıxmışam o Tikmədaşdan,
Qapına gəlmişəm canım əlimdə.
Ayağın torpağı qibləgahımdı,
Sızıldaram giribanım əlimdə.

Şeyda bülbül kimi yaman ağlaram,
Sinəm başın düyünlərəm, dağlaram.
Ləzgi kimi yüz aşığı bağlaram, [1]
Əgər olsa süxəndanım əlimdə.

Xəstə Qasım, kəsilibdir xitabım,
Qızılgül tək çəkilibdir gülabım.
Cədvəlkeş quranım, qızıl kitabım,
Yoxdur zərli qələmdanım əlimdə.

Qeydlər

redaktə
  1. Aşıq Ləzgi Əhməd nəzərdə tutulur