Əlindədi
Əlindədi Müəllif: Tikmədaşlı Xəstə Qasım |
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi" (PDF) (az.). Azərnəşr. 2011. İstifadə tarixi: 2018-08-06. |
Bu gün bir molla görmüşəm,
Kəlam ullah əlindədi.
Oxur əzbərdən quranı,
Kəlmeyi yusəbbeh dilindədi.
Bilirəm vacib sünkəti,
Heç kimə qılmam minnəti.
Səkkiz rizvan cənnəti,
Şahlar şahının əlindədi.
Bir xudanın zikrin eylə,
Bir Allahın şükrün eylə.
Qasım getmək fikrin eylə,
Gəlmək Allah əlindədi.