Əmanət
Əmanət Müəllif: Molla Cümə |
Mənbə: Paşa Əfəndiyev. "Molla Cümə (həyatı və yaradıcılığı)" (PDF) (az.). "Ləman nəşriyyat poliqrafiya". 2017. İstifadə tarixi: 2018-08-31. |
Qurban ollam ala gözlü yara mən,
Mən gedirəm, sən Allaha əmanət.
Həsrətliyəm bağça ilə bara mən,
Mən gedirəm, sən Allaha əmanət.
Mən ki, burda qərib-qərib qalmışam,
Ağ üzümə pərdələri salmışam.
Hər nə desən qulluğunda durmuşam,
Mən gedirəm, sən Allaha əmanət.
Mən Cüməyəm, qulluq etdim yara mən,
Həsrət qaldım bağça ilə bara mən,
Vermərəm gülümü hüç xara mən
Mən gedirəm, sən Allaha əmanət.