Ən böyük dövlət
Ən böyük dövlət Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir qoca daşyonan onun evinin yanından
– Sn şikayətlənirsən? Sən ki, böyük dövlət sahibisən!
– Mən dövlət sahibiyəm? – deyə oğlan təəccüb elədi. – Bəs hanı?
– Sənin gözlərin. Sən bir gözünün əvəzinə nə almaq istərdin? – deyə qoca ondan soruşdu.
– Sən nə danışırsan?! – deyə oğlan təşvişlə ona cavab verdi. – Mən gözümü heç bir xəzinəyə dəyişmərəm. – Yaxşı, – deyə daşyonan sözünə davam etdi. – Onda gəl əllərini ver kəsilsin. Əvəzinə sən çoxlu qızıl alarsan!
– Yox, mən əllərimi qızıla satmaram, – deyə oğlan cavab verdi.
Daşyonan dedi:
– İndi görürsən ki, sən necə dövlətlisən, bəs nə üçün şikayətlənirsən? Mənə inan, insan üçün ən böyük dövlət – qüvvət və sağlamlıqdır. Bunları heç bir pulla almaq olmaz!
Qoca bunu deyib öz yoluyla çıxıb getdi.