Ən nəşəli, ən işvəli, ən şivəli, ən şən
Ən nəşəli, ən işvəli, ən şivəli, ən şən Müəllif: Məhməd Raseh Öztürkmən |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Ən nəşəli, ən işvəli, ən şivəli, ən şən
Sənsən bu gün ey sevdiciyim, ey gözəlim, sən!
Hüsnündə olan cazibəni hər kimə sorsan,
Söylər: Onu üqbaya qədər kəşf edəməzsən.
Rahatsa, təhəmmülsə, təsəbbürsə, sükunsa,
Qəsb etdi o cadu nagəhan hamsmı məndən.
Bir kimsəni haqq eyləməsin eşqə giriftar
Eşqin nə bəla olduğunu, mən bilirəm, mən.
Eşqin bütün aləminə qatlanmaq üçün mən
Şərt eyləmişəm sanki bu dünyaya gələrkən.