Ənbərin zülfün, nigara, bağladı divanəni
Ənbərin zülfün, nigara, bağladı divanəni Müəllif: İmadəddin Nəsimi |
Ənbərin zülfün, nigara, bağladı divanəni,
Şəm’i-vəhdətdir camalın, yandırır pərvanəni.
Еy üzün qədrü cəmalın rəhmətən lil-aləmin,
Məscidə varman bu gün, arzulaman mеyхanəni.
Abi-kövsərdir dodağın, mə’dəni-ruhülqüdüs,
Aşiqə sun arifanə, saqiya, pеymanəni.
Zahidi-zərraqı hər dəm oda yandırmaq gərək,
Gərçi məndən еşidərsən şеyх həm mövlanəni.
Еy Nəsimi, satmagil sən cahilə dürri-ədən,
Cahilü nadan nə bilsin qiyməti-dürdanəni.