Əqlim olursa mane bu eşqi-purhicabə

Əqlim olursa mane bu eşqi-purhicabə
Müəllif: Abbasqulu ağa Bakıxanov


Əqlim olursa mane bu eşqi-purhicabə,
Gəlməz fəqət bu eşqin sevdaləri hesabə.

Eşqin müqabilində gücsüz qalır düşüncə,
Şam da işıq verərmi heç nurlu aftabə?!

Dostun yanında bir dəm, başım həvasız olmaz,
Gözlər düşər məlalə, qəlb isə iztirabə.

Yuxuda da rahatlıq yoxdur o zülfü xaldan.
Qoymazlar ki, bu gözlər getsin bir azca xabə,

Xanəndənin sədası, mey camı, bağ səfası,
Bir od vurar bu canə, necə ki, od kəbabə

Vəslində heyrətdəyəm, hicrində intizarda,
Kim rast gəlib bu halda bir eşqi-kamiyabə?!

Qüdsi, bu eşq ürəkdən çıxmaz, nahaq çalışma,
Qoy eşq əmr versin artıq bu dilxərabə.