Əqvalı-hikmətdən müqtəbis bir mənzum
Əqvalı-hikmətdən müqtəbis bir mənzum Müəllif: Mirzə Ələkbər Sabir |
Könül, ol talibi-hikmət, - o hikmət kim, həqiqətdir,
Həqiqi hikmət ancaq hüsni-siyrətdən ibarətdir.
Həkimi-kamil olmaqçın deyildir çox bilik lazım,
Fəqət iqnai-nəfsə müqtədir olmaz kifayətdir.
Zəlalət əhli hər şey kəc anlar, kəc də hökm eylər,
O kəs kim, doğru yolu fəhm edər - əhli-fəzilətdir.
Olur aləmdə şəxsin himməti miqdarı-fikrincə,
Nə himmət gözlənir ondan ki, əfkarı qəbahətdir?
Pədərlə madərin nəşindən əsla təlxkam olma,
Səni təkdiru təzir etsə də, bir dadlı şərbətdir.
Doğuşda ayrılırkən müxtəlif surətlərə insan,
Məmatında onu yeksan qılan xaki-nədamətdir.
Cənabı-həq o bəhri-bigiranı-mərhəmətdir kim,
Ona mülhəq olan insan şərəfyabı-səadətdir.
Mənbə
redaktə- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 294