Əsa
Müəllif: Şifahi xalq ədəbiyyatı

Biri vardi, biri yoxdu, kənddə bir gənc yaşayırdı. Onun nə atası, nə də anası vardı. Lakin atasından ona yaxşı bir ev qalmışdı. Günlərin birində gənc atıcılığı ilə əylənəndə, ağacda üç göyərçin gördü.

Gənc oxu atdı və bir göyərçin yerə düşdü, onların ikisi isə uçub getdilər. Onda gənc bıçağı götürb, istədi ki, göyərçinin başını kəssin, quş dilə gəlib, dedi:

- Əgər sən məni kəssən, yaxşı bir iş əldə edə bilməyəcəksən, əgər məni sağ saxlasan qazancın çox olacaq.

Gəncin quşa yazığı gəldi və onu yedizdirməyə, sağaltmağa başladı.

Günlərin birində gənc yıxılıb yatdı. Göyərçin isə silkələndi və gözəl qıza çevrildi. O, dərhal evi yığışdırdı, otaqları ağartdı və hər şeyi səliqəyə saldı. Kasıb yuxudan ayılanda gördü ki, onun yanında gözəl bir qız oturub, evi isə tanımaq olmur: həm təmizdir, həm də yaxşı yır-yığış edilib.

Gənc təəccübləndi! O göyərçini tamam yaddan çıxartmışdı. Gözəl qız isə ona dedi:

- Mən həmin göyərçinəm ki, sən məni sağaltmısan. Indi isə mən istəyirəm ki, sənə minnətdarlığımı bildirim, öz verdiyim sözə əməl edim. Bundan belə mən sənin arvadın olacağam.

Kasıb sevindi və onların xoşbəxt həyatları başladı.

Qadın deməmiş xalça toxumaqda usta imiş. O, elə birinci gecə böyük xalça toxudu, səhər onu gəncə verib, bazara göndərdi. O xalçanı böyük qiymətə xanın vəzirinə satdı.

Axşam qadın yenə də bir xalça toxudu. Ertəsi gün xoşbəxt kasıb yenə də bazara getdi. Bu vaxt xan pəncərənin yanında oturmuşdu. O, gördü ki, gənc xalça satır. Xan oğlanı yanına çağırıb, vəzirdən çox pul verib xalçanı aldı.

Vəzir xana dedi:

- Dünən mən həmin adamdan xalça almışam.

Xan gəncdən soruşdu:

- Bu xalçaları sən hardan götürürsən?

- Onları arvadım toxuyur, - deyə gənc cavab verdi.

Kasıb evə gəldi. Xanla vəzir qərara aldılar ki, hər şeyi öyrənsinlər. Həyətdə onlar gəncin gözəl arvadını gördülər. Xan gənci yanına çağırıb, onu sorğu-suala tutmağa başladı.

- Sən bədbəxt kasıbsan, bu cür gözəl arvadı hardan almısan.

Hər şeyə inanan gənc hər şeyi olduğu kimi danışdı. Bunu görən onun arvadı məyus oldu. Lakin nə etmək olar? Xan qərara aldı ki, kasıbı burdan uzaqlaşdırsın, onun xalça ustası olan gözəl arvadını özünə övrət etsin. Xan gəncə müxtəlif tapşırıqlar verir, o da bunları sözsüz və vaxtında yerinə yetirirdi.

Nəhayət vəzir gənci yanına çağırdı və buyurdu:

- Gət əldə elə, götür və gətir!

Qüssəli kasıb evə qayıtdı və hər şeyi arvadına danışdı. Gözəl qadın balaca xalça toxudu, ərinə bir dəsməl verdi və dedi:

- Qəm etmə, hər şey yaxşı olacaq. Bu balaca xalçaya otur və o səni hara lazımdır, ora aparacaq. O dayananda isə dəsmalı yelləyərsən və soruşarsan: “Get götür” nə deməkdir?

Kasıb arvadı ilə xüdafizləşib, balaca xalçaya oturdu və göylə hərəkət etməyə başladı. O, dağlar, dənizlər, dərələr keçdi və hansısa mağaranın yanında yerə endi. Nəhayət balaca xalça dayandı. Kasıb ətrafına baxdı və qarşısında saray gördü. Onun hündür hasarları, göy gübbəsi, gözəl binaları vardı. Birdən kasıb dəsmalı yadına saldı və onu çıxartdı, yelləmək istəyirdi ki, yaşlı qadın olun üstünə atıldı və qışqırdı.

- Sən bu dəsmalı hardan götürmüsən?

- Onu mənə arvadım verib, - deyə gənc cavab verdi.

- O, sağdır məgər? – deyə qarı soruşdu və gənci qucaqladı.

– Bil sənin arvadın mənim qızımdır.

Kasıb sevindi və başına gələn əhvalatların hamısını ona danışdı. Söhbətində o, üç göyərçindən də söz açdı. Elə bu anda onun yanına iki qız da qaçıb gəldi. Onlar arvadının bacıları, həmin uçub gedən göyərçinlər idilər. Gənc öz qohumlarının yanında qonaq oldu və onlara xanın vəzirinin ona verdiyi anlaşılmaz əmrindən söhbət açdı. Qohumlar xeyli fikirləşdilər, axtardılar, hamı ona kömək etmək istəyirdi.

Nəhayət bir qurbağa gələrək dedi:

- Gəl mənimlə gedək, hər şeyi öyrənərsən.

Qurbağa gənci belinə oturtdu və onlar hoppana-hoppana getdilər. Üç gündən sonra onlar qırmızı şəhərin yaxınlığında oldular, gəlib bir evin yanında dayandılar. Bu evin həyətində qurbağa bir çala qazdı və gənclə birgə onlar burada gizləndilər.

Tezliklə həyətə yeddi pəhləvan daxil oldu. Onların ən kiçiyi həyətdə gizlədilmiş əsanı çıxartdı və dedi:

- Get götür!

Əsa dərhal ləzzətli xörəklər gətirdi.

- Budur sənə lazım olan şey, - deyə qurbağa pıçıldadı. Pəhləvanlar yedilər, içdilər, əsanı gizlədib getdilər.

Bu vaxt qurbağa əsanı axtarıb tapdı, onu götürüb yenə də çalaya qayıtdı. Axşam pəhləvanlar qayıtdılar. Onlar yemək istəyirdilər, lakin əsanı tapa bilmədilər.

- Dərdimiz artdı, - deyə onlar öz aralarında söhbətləşdilər.

- Bizim bütün möhtəşəmliyimiz bu əsada idi.

- İndi biz olduğumuz yerdən çıxmalıyıq? – deyə qurbağa dilləndi. Gənclə birgə o çaladan çıxdı və ikisi bütün pəhləvanları öldürdülər.

Bunu eşidən qonşu şəhərin sakinləri çox sevindilər. Bu pəhləvanlar şəhərliləri incidir, onlara zülm edirdilər. İndi şəhərlilər onları bəladan xilas edənlərin şərəfinə bayram edirdilər. Şəhərin xanı bütün var-dövlətini gəncə təklif etdi, o isə heç nə götürmədi.

Əsanı ələ keçirib, kasıb qurbağanın üstünə mindi və üç gündən sonra onlar kasıbın qohumlarının yanına qayıtdılar. Tezliklə oğlanın arvadı da bura uçub gəldi. Hamı sevindi. Öz qohumlarının yanında qonaq olan kasıb və arvadı balaca xalçaya minib evə qayıtdılar.

Gənc əsanı xana verdi, o da kasıbı çoxlu ənamla mükafatlandırdı. Xan bu gənc ailəni rahat buraxdı. Ər və arvad xoşbəxt ömür sürdülər.

Mənbə

redaktə
  • Dağıstan xalqlarının nağılları. Bakı, 2013.