Əsir ellərin şairiyəm

Əsir ellərin şairiyəm
Müəllif: Həbib Sahir
Mənbə: [1]


Binəhayət bu göyün altında
Bizə bir qübbeyi-füruzə də yoq.
Yanar əflakda minlərlə çıraq
Bizə bir şam, bir avizə də yoq.
Bu qədər ulduz arasında bizə
Yeddi göylərdə bir ulduz yoq imiş.
Öldülər quşlar aləmdə məgər,
Bizə də çatdı o ağlar bayquş?
Qovalarkən məni hər gün möhnət,
Qapımı döymədədi hər gecə qəm.
Hamı azadə elin şairi var
Mən əsir ellərin, ah şairiyəm...

  1. Esmira Fuad. "Mən əsir ellərin şairiyəm - Həbib Sahir - 3-cü yazı" (az.). xalqcebhesi.az. 2020-07-06. 2020-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.