Əvəzində (Aşıq Alı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əvəzində
Müəllif: Aşıq Alı
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.175 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman)

Qönçә dəhanından çıxan kәlmәlәr,
Hәr biri qiymәtli lәl әvәzindә.
Ağ buxağa aşiq olub yanıram,
Əta et, aşığa bal әvәzindә.

Gözlәrin qüdrәtdәn qaynar bir bulaq,
Dodaqların yeni gәlmiş ağ qaymaq,
Üzünә baxmaqdan heç olmur doymaq,
Qızarır yanağın gül әvәzindә.

Әtlas-zәrbaf, tirmә örtüb başına,
Al-xara geyibsәn, gәlir xoşuna.
Biçarә Alıyam, sәnin başına,
Dolanım kәlağay, şal әvәzindә.