Əvvəl qədim, ögdən sona zevali yoq sultan bənəm

Əvvəl qədim, ögdən sona zevali yoq sultan bənəm
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Əvvəl qədim, ögdən sona zevali yoq sultan bənəm,
Yedi iqlimə hökm edüb yeri dutan sultan bənəm.

Bən bu yeri yaradıcaq, yer üstinə gög tuncaq.
Ulu dəniz mövc uncaq Nuha tufan verən bənəm.

Tur dedüm gögləre, turdı, gögler dəxi qərar qıldı,
Yüz bin dürlü adəm gəldi, gətürüb gedərən bənəm.

Yusif ilə çahe enən, tərazuya altun uran,
Kəffəsini basa duran Misrün issi sultan bənəm.

Sufi ilə sufi olan, safi ile həm saf bənəm,
Bel bağlayub taət edən ol Kərimü Rəhman bənəm.

Qafdan Qafa hökm eyləyən, divləri hökmine qoyan,
Yelə binüb seyran qılan bu mülkə Süleyman bənəm.

Yunus dəgül bum deyən, qüdrət dilidür söyləyən,
Kafər ola inanmayan, əwəl axır həman bənəm.