Əzbərdədi (Şair Ağacan)
Əzbərdədi Müəllif: Şair Ağacan |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. ISBN 978-9952-571-42-4 |
Bir quş gördüm,havalanmış, yuvası səngərdədi,
Bir gəmi dəryaya dalmış, çarxları ləngərdədi,
Onu ümmana qərq etmək mənim əski peşəmdi,
Günəşin şövqü altında bulud ona pərdədi.
Tanıginən, qarşı gələn kimdən alıb dərsini,
Lövhi-qələm kəcavətdə keçib ərşin-kürsünü,
Yeddi min ayə içində nişan verrəm birsini,
Ruhları ərşi-əlada, cəsədi yerlərdədi.
Ağacanam, mən də sənə nişan verrəm zatımı,
Min bir yola ayırıram bir əlif urfhtımı,
Şin şəhri tənəzzüldü, təriqət heyrətimi,
Ustadımdı Şahi-Mərdan dillərdə əzbərdədi.