Əzizim (deyişmə)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Deyişmə (20 yanvar 1941) Müəllif: Muxayıl Göyçəli və Aşıq İslam |
Deyişmə |
Muxayıl Göyçəli
Məndən salam olsun, cavan İslama,
Alışır cəsədim nara, əzizim.
Sən arifsən hər mətləbi qanarsan,
Mən olmuşam bil avara, əzizim.
Aşıq İslam
Gecə gündüz ahu-fəqan eylərəm,
Mən oldum sinəsi yara, əzizim.
Sir sözümü anlayana söylərəm,
Mən demərəm biilqara, əzizim.
Muxayıl Göyçəli
Kamil bağban narı bağdan üz barı,
Qəvvas təki dəryalarda üz barı.
İgid olan sözün söylər üzbarı,
Müxənnətlər salar tora, əzizim.
Aşıq İslam
Dağlarda əhdini bahar-yaz qana,
Aşığın dərdini telli saz qana.
Bir adam ki, çox deyəndə az qana,
Bil ki, qalar o avara, əzizim.
Muxayıl Göyçəli
Muxayılın pənahı Xeybər alandı,
Qəm atəşi sinəm üstə qalandı.
Bir yaxşılıq insan üçün qalandı,
Ləl çəkərəm xiridara, əzizim.
Aşıq İslam
İslam deyər, dost dostunu atmasın,
Qara bəxtim məni ucuz satmasın.
Seyraqublar heç kamına çatmasın,
Tərlan da uymasın sara, əzizim.
Mənbə
redaktə- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.84