“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (22 dekabr 1992-ci il)

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (1992)
Müəllif: Azərbaycan Respublikasının Milli Məclisi


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dərc edildiyi gündən qüvvəyə minsin.

2. Müəyyən edilsin ki, respublika qanunvericiliyi “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılanadək Azərbaycan Respublikasının qüvvədə” olan müvafiq qanunvericilik aktlarının bu Qanuna zidd olmayan hissəsi tətbiq edilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikası hökumətinin qərarlarını “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırsın.

4. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsinə nəzarət Azərbaycan Respublikası Milli Məclisinin Təhsil, elm, din və mədəniyyət məsələləri komissiyasına tapşırılsın.

Azərbaycan Respublikası Ali Sovetinin sədri Bakı şəhəri, 22 dekabr 1992-ci il, № 414.