Açıq məktub
Müəllif: Mirzə Əli Möcüz


Hacıya, vardı sənin mülki-Səmədabadın,[1]
Qoş tarazın və iki danə oğlu imdadın,
Üç dükan, bağ, saray, bir də çörəkçixanə….
Qələm aldım ələ yazdım, bu sənin iradın.
Sən də bir al qələmi dəstüvə yaz, söylə görüm,
Nəyi var mülki-Şəbüstərdə məni-naşadın?
Keçərəm mən o tələbdən, yazaram bir para söz,
Ta ila yovmi-qiyamət utanar övladın!

İstinadlar

redaktə
  1. Şəbüstərdə yer adı