Ağı gözlər
Müəllif: Xəstə Hasan
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

Bəyzadələr məclisinə gələndə,
Ağlı kamil olan a yağı gözlər.
Ustadından nəsihət alan kimsələr,
Ağlı kamil olan a yağı gözlər.

Dəli könül, öz yerində paşasan,
Qanlı fələk, kimi qoydun yaşasın?
Ay anlamaz, niyə çıxdın başa sən?
Ağlı kamil olan a yağı gözlər.

Xəstə Hasan dəryalara dalanda,
Şirin canı eşq oduna salanda,
Ömür keçib vədə tamam olanda,
Bu yazıq canım ay ağı gözlər.