Ağ gül, qırmızı gül, illah sarı gül

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ağ gül, qırmızı gül, illah sarı gül
Müəllif: Şəmkirli Aşıq Hüseyn
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13.

Yarın bağçasında üç gül açılıb,
Ağ gül, qırmızı gül, illah sarı gül.
Hər üçü də bir-birindən öyməli,
Ağ gül, qırmızı gül, illah sarı gül.

Ağca gülün qapısından baxmalı,
Qızılgülü ağ buxağa taxmalı,
Sarı gülü dəstə tutub qoxmalı,
Ağ gül, qırmızı gül, illah sarı gül.

Ağ gülü oxşatdım ağ göyərçinə,
Qızılgül bənzəyir göydə laçına,
Hüseyn müştaqdır gülün üçünə,
Ağ gül, qırmızı gül, illah sarı gül.

Xarici keçidlər

redaktə