Ağacda alma
Ağacda alma Müəllif: Şifahi xalq ədəbiyyatı |
Ağacda alma, dərrəm, sataram,
Xəlvətdə qalma, gəlləm, taparam.
Nəqarət:
Ay haray yar əlindən,
O qara tellərindən.
Əgər izin versən, bala.
Öpərəm gözlərindən.
Bağlarda çiçək, dərrəm, sataram,
Bir üzü göyçək hardan taparam?
Bağlarda püstə, dərrəm, sataram,
Bir boyu bəstə hardan taparam?
Bağlarda xurma, dərrəm, sataram,
Bir saçıburma hardan taparam?
Mənbə
redaktə- Xalq mahnıları. Bakı,2014