Ağaclar bar verər fəsli-çəməndə
Ağaclar bar verər fəsli-çəməndə Müəllif: Şair Məhəmməd |
Mənbə: “Ədəbiyyat və incəsənət” qəzeti, №24(1682), 9 iyun 1972. səh.16 |
Ağaclar bar verən fəsli-çəməndə,
Söyüdlər boy çəkib yırğalanmasın.
Alar qaynağına, parçalar, atar,
Tülkü aslan üstə yorğalanmasın.
Bəzi adamın ağlı başda səy olu,
Sənəti hərcayı söyləmək olu.
Dərə xəlvət olsa, tülkü bəy olu,
Şeşəldib quyruğun darğalanmasın.
Ey Məhəmməd, meyl eyləmə harama,
Naşı təbib, neştər vurma yarama.
Mancanağa yaxşı sarın, barama,
Sapın hamar çıxsın, sırğalanmasın.