Ağalar məni
Ağalar məni Müəllif: Ağdabanlı şair Qurban |
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.339 |
Mərizəm, ərz edim dil, ağla qana,
Möhübbət ataşa a qalar məni.
Yoldaşım Leylisiz sel ala qanə,
Qınamayın, bəylər, ağalar məni.
Çəkibdi səməndin yara bir də min,
Söhbətin söyləyim yara bir də min,
Vurub o sinəmə yara bir də min.
Dərd üzər canımı, a qalar məni.
Naqə dönməz, çəksən gedər ovsara,
Qəsdim budur: şikar olma ov sara,
Qurban öldür, gəl sərini ov, Sara,
Ölsəm kim dəfn edər, ağ alar məni.