Ağlağan uşaq
Müəllif: Rəşid bəy Əfəndiyev


Ey balam! Sən neçün yatmayırsan?
Hər zaman ah edib ağlayırsan?

Yuxlamış, gün batıb, rahat olmuş,
Hər kəsə bu yuxu adət olmuş.

Ol zaman gördülər gün batıbdır,
Quşlar öz mənzilində yatıbdır.

Həm toyuq, həm cücə, həm xoruzlar,
Həm böyük, həm kiçik indi yuxular.

Sən dəy yat, ey quzum, rahat olgil,
Yuxlamaq adama nəfdir, bil!

Yum gözün, ağlama, etmə şıltaq,
Kəs səsin, dincin al, Allaha bax!