Ağlama, etmə fəğan, yandım oğul, ağlama

Ağlama, etmə fəğan, yandım oğul, ağlama
Müəllif: Abdulla bəy Asi
növhə
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Ağlama, etmə fəğan, yandım oğul, ağlama,
Yox südüm, ölsün anan, yandım oğul, ağlama,

Mən bilirəm təşnəsən, neylim, Əli, yoxdu su,
Su yolunu bağlayıb zülm ilə qövmi-ədu,
Halıva baxdıqca mən qıllam ölüm arizu,
Yox sənə mən tək yanan, yandım oğul, ağlama.

Halıvı izhar edəm, yoxdu, Əli, qardaşın,
Gəlmə belə şivənə, tökmə üzə göz yaşın,
Mən sənə qurban olum, qoy sinəm üstə başın,
Səbr elə, bir az dayan, yandını oğul, ağlama,

Gəh salıram mən səni bu quru püstanıma,
Gəh basıram can kimi sineyi-suzanıma,
Olmusan aram, oğul, od salısan canıma,
Yox suya məndən güman, yandım oğul, ağlama.

Laylayıma baxmısan, dil deyirəm ağlısan,
yandırırsan qəlbimi, əşgin üzə bağlısan,
Gəh əmisən ləblərin, sinəmi sən dağlısan,
Etmə məni bağrıqan, yandım oğul, ağlama.

Mən də, Əli, təşnəyəm sən kimi, bəs bilmisən?
Dindirirəm hər qədər, bir danışıb gülmüsən,
Hər kəs, oğul, haluva baxsa görər ölmüsən,
Bir quru candır bu can, yandım oğul, ağlama.

Əldən alıbdır, Əli, səbrimi suzi-ətəş,
Hər iki bli-ləbin solmuş, oğul, qönçəvəş,
Mən görürəm, eylisən qollarım üstündə qəş,
Kaş, Əli, ölsün anan, yandım oğul, ağlama.

İndiyədək bir nəfər görmüb, Əli, bir bəla,
Üç gecə-gündüz, oğul, sən kimi ətşan qala,
Təşnəlik aclıq ilə səbrin əlindən ala,
Qalmaya onda təvan, yandım oğul, ağlama.

Sən bilisən suzi-qəm qəlbimi eylib kəbab,
Vardı nə sinəmdə süd, nə Əli, bir cürə ab,
Bir belə gündən əzəl kaş öləydi Rübab,
Eyləməyəydi bəyan, yandım oğul, ağlama.

Ey şəhi-ləbtəşnənin gülşəninin növ gülü,
Həll edə, var Asinin dildə, ƏIi, müşkülü,
Aləmi odlar yəqin bikəs anan bu dili,
Ağlama, etmə fəğan, yandım oğul, ağlama.