Ağlamaqdan seyli-çeşmi-əşkbarım qalmadı
Ağlamaqdan seyli-çeşmi-əşkbarım qalmadı Müəllif: Sadıq bəy Əfşar |
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.44-45. |
Ağlamaqdan seyli-çeşmi-əşkbarım qalmadı,
Başa urmaqdan əlimdə ixtiyarım qalmadı.
Səndə yandırdı ahım etdigin ədəkləri,
Yandım onun üçün ki, bir dilsüvarım qalmadı.
Dərdmənd oldum qərari-çarə etdigin şükr üçün,
Çarə qıl kim, vaqi bu dərdə qərarım qalmadı.
Tə'n eyləməyibdir min günün bietibar
Kim, yanında itcə etibarım qalmadı.
Xoşdiləm sinəndəki qatı xədəngi-zəxminə,
Meyli-gülgəştü həvayi-laləzarım qalmadı.
Bar idi cəm'iyyətim, eşqinlə də kim ruzigar,
Seylə verdi olduğum ol ruzigarım qalmadı.
Bəs ki, yaxdı, Sadiqi, ahım odu həmdəmləri,
Şəm tək yanımda bir dilsuz yarım qalmadı.