Ağlaram (Qul Mahmud)
Ağlaram Müəllif: Qul Mahmud |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Qəza-qədər məni saldı dərbədər,
Lif qəddim yaya dönüb ağlaram.
Naməm görən gedib şaha çatdımı?
Eynim yaşı çaya dönüb ağlaram.
Eşq əhliyəm, şahmar zülflər çalıbdı,
Mən yazığa namərd, kəzzab gülübdü.
Bu bivəfa məni narə salıbdı,
Hər saatım aya dönüb ağlaram.
Zalım düşman şərmi-həya qanmayır,
Tülək-tərlan yuvasma qonmayır.
Mən Mahmudam, baxtım mana dönməyir,
Hər əməyim zaya dönüb ağlaram.