Ağlaram (Yəhya bəy Dilqəm)

Ağlaram
Müəllif: Yəhya bəy Dilqəm
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Seyri-gülüstanda, Kür kənarında,
Bu gün bir həsrətkeş qalıb ağlaram.
Ayrılıq cövrünün, dost fərağının,
Sevdası başıma gəlib ağlaram.

Yadıma düşübdü şux mələkzada,
Görən o da məni salırmı yada,
Mənim cismim səməndərdən ziyada,
Hicran atəşinə dolub ağlaram.

Laçm qanadlıdan, tərlan tavardan,
O hüsnü-Yusifdən, mehri-rüxsardan,
Züleyxa camallı, məhcəbin yardan,
Fələk məni cida salıb ağlaram.

Qəddi sənubərdi, üzarı bir gün,
Sevdim camalmı, oldum didərgin.
Leylisiz Dilqəməm, mən oldum Məcnun,
Səhralar məskənim olub ağlaram.