Ağlarsan (Molla Pənah Vaqif)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ağlarsan
Müəllif: Molla Pənah Vaqif

Say qənimət diriliyin dəmini,
Kеçən həmdəmlərin çəkmə qəmini,
Ağlın оlsun, sil gözünün nəmini,
Dəxi gеri gəlməz оnlar, ağlarsan!