Ağrıdır
Ağrıdır Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Ağrı bilməz saz canımı,
Bir incəbel can ağrıdır.
Alıbdı din-imanımı,
Kirpiyi peykan ağrıdır.
Nə yar kimi yarım olur,
Üz çevirrəm gözü dolur.
Bəyaz üzü birdən solur,
Eyləyib heyran ağrıdır.
Kölgə kimi izləyirəm,
Axtarıram söhbətə çəm.
Top etməyir ağlını cəm,
Verir mənə yan, ağrıdır.
Məmmədhüseynin nə günahı,
Həsrət ilə çəkir ahı.
Tab etmirəm bəsdir dahı,
Eşqini az dan, ağrıdır.