Ağrın alım (Əliabbas Müznib)

Ağrın alım (Əliabbas Müznib)
Müəllif: Əliabbas Müznib
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Ağnn alım, boynu qıraxmallı bəy,
Bəsdi sataşdın yekəsaqqallara.
Rövzəxana, mollaya etmə hənək,
Dəymə dəxi unçuya, baqqallara.
Sən get öz əngəllərini pak elə,
Baqqalın eybi hamıya faşdır.
Qoyma ki, sirrin düşə dildən-dile,
İşləriyin cümləsi bozbaşdır.
Məslək, əfkar və kəsbi-məram,
Həpli-həpodur hamısı, vəssalam.
Rumka, matuşka, kafe-şantan, qumar,
İntelligent bundan ibarət deyil?
Əyri dolaş, kizb, kələk hər nə var
Bunlar hamı bizlərə adət deyil?
Dərdin alım, boynu qıraxmallı bəy
İndi gəlib millətə oldun kəfil?
Getdin İranda niyə qurdun kələk?