Aşıq Alının Aşıq Əsmərlə deyişməsi (2)

Aşıq Alının Aşıq Əsmərlə deyişməsi (2)
Müəllif: Müəllif:Aşıq Alı - Aşıq Əsmər
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.369-370 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman)

Aşıq Әsmәr:
Arifi-xoşkәlam, tutiyi-imran,
Gәl al mәni, mәn dә sәnnәn varalım.
Kimdi bu dünyanın axırın görәn,
Gәl al mәni, mәn dә sәnnәn varalım.

Aşıq Alı:
Sәnәmlәr sәnәmi, gözәllәr xası,
Necә deyim, sәn dә mәnnәn varalı?!
Ayıfdı, alәmә düşmәsin sәsin,
Necә deyim, sәn dә mәnnәn varalı?!

Aşıq Әsmәr:
Gövhәr gәlib dür mәdənin pozubdu,
Yaxşını gətirib pisə yozubdu,
Bəlkə yazan məni sənə yazıbdı,
Gәl al mәni, mәn dә sәnnәn varalım.

Aşıq Alı:
Bir xalın bәzirgan, bir xalın hacı,
Bir xalın qiymətdə Urum xәracı,
O dünya, bu dünya - sәn mәnә bacı,
Necә deyim, sәn dә mәnnәn varalı?!

Aşıq Әsmәr:
Әsmәrәm, sәniynәn olaydım sirdaş,
Ağlaram, didәmnәn gedәr qannı yaş,
Sәn ki, bacı dedin, ol mәnә qardaş,
Bir-birini axtaralım, soralım.

Aşıq Alı:
Alı deyir: nә xәyala dolmuşuq,
Heyva kimi saralmışıq, solmuşuq,
İlqar verib bacı-qardaş olmuşuq,
Sәn bacımsan, bu ilqarda duralım.