Aşıq Alının Türkiyə səfəri

Aşıq Alının Türkiyə səfəri
Müəllif: Aşıq Alı
Mənbə: Aşıq Alı. Əsərləri (PDF) (az.). "Avrasiya press". 2006. ISBN 978-9952-421-82-8. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Bəli, hörmətdi məclisimiz, hörmətdi camahatımız. Ustaddarın bir neçə qiymatdı sözünü qulluğunuzda ərz eliyəjəm. Ustaddarın öləninə allah rəhmət eləsin, qalanına can sağlığı versin, Siznən baravar. Ustaddar deyir ki:

Dilim sana bu nəsyəti deyirəm,
Bu dünya malına sarışma, dilim!
Yəqin bil ki, ölüm haxdı qavaxda,
Qıyamat oduna alışma, dilim!

Bir məclisə vardın dilin olsun lal,
Görənnər qoy sənnən sərf etsin kamal,
Sağına, soluna yağdırma sual,
Hərcayı danışıf, gülüşmə, dilim.

Saxla bu sözdərim, eylə amanat,
Haqqınan düz olan tez tapar nicat.
İstiyirsən başın ola salamat,
Ağzına gələni danışma, dilim!

Musa oda alışmıyıf, nə lazım?
Beybafaynan qonuşmuyuf, nə lazım?
Haqqın özü sirr aşmıyıf, nə lazım?
Gördüyün sirrəri sən aşma, dilim!

Musuya rəhmət, sizə can sağlığı. Bu şeir köhnə aşıx Musanın oluf. Ağkilsəli. Onun sözüdü. İndi də Ələsgərdən birini deyim:

Qafil könlüm bu nə yoldu tutufsan,
Sərf edirsən nə kamaldı dünyada?
Dövlətə güvənif, gültək açılma,
Çox sən təki güllər soldu dünyada.

Fələk bərbad etdi hər nizamları,
Zulumnan söndürdü yanan şamları.
Hayıf cavannarın gül əndamları,
Mara-mura qismət oldu dünyada.

Küfrdən bərkitmə könlündə barı,
Top dəysə dağıdar, bürcü, hasan,
Sənin kimi gəzən qara şahmarı,
Fələh kəməndinə saldı dünyada.

Guşimdə sırğadı, sinəmdə dağdı,
Ağlı olan unutmaz, neçə ki, sağdı,
Dövlətdən qismətin beş arşın ağdı,
Çəkdiyin qovğadı, qaldı dünyada.

Yığılar məxluqat, qurular məhşər,
Boyunnarda kəfən, əllərdə dəftər,
Onda vay halına, yazıx Ələsgər,
Özün getdin, sözün qaldı dünyada.

Allah rəhmət eləsin Qul Allahquluya. Bir ustadnamə də onnan deyək:

Könül qulluq elə kamil ustada,
Ustad görmüyənin işi xam qaldı.
Neçə danəndələr getdi dünyadan,
Yerini bir neçə ağlı kəm aldı.

Bivəfaya dedim: "Dur mənnən üzül"
Naməhrəmə baxma, gözdərim süzül,
Nuh ömür eylədi min doqquz yüz il,
Sandı kı, bir səhər, bir axşam qaldı.

Qul Allahquluyam, ay nasib elə,
Səcərdən baş verdi ay nasib elə,
İsgəndər atdandı, ay nasib elə,
Nə Cəmşid padşah, nə də cəm qaldı.

Bəli, mənim əzizdərim, sizə haradan xəvər verim, Göyçə mahalının Qızılvəng kəndinnən. Kimnən, Aşıx Alıdan. Aşıx Alı deyir: cavan vaxtımda orda-burda söhbət eliyirdilər ki, Aşıx Alı gələcəkdə gözəl sənətkar olajax. Allah heş kimi kasıv eləməsin. O zamannan elə kasıvıydıx ki, oğru içəri girsəydi, bircə süpürgədən başqa elinə bir şey keçməzdi. O vaxtın pulu bir abbasım varıydı. Kəndin içinə çıxdım kı, mal öldürüf alışma eliyiflər. İki girvəngə ət aldım. Gətirdim öyə, dədəm doğradı, anam tökdü qazana, qoydu ocağın üstünə. Kasıvın öyündə yemək olanda öy gülür, eşik gülür. Öydə bir ala pişiyimiz varıydı. O da sevindiyinnən tufara hoppanıf, yerə düşürdü. Dədəmnən anamın söhbəti də bir-birinə yaman xoş gəlirdi.
Söhbətin şirin yerində anam dədəmə dedi:
- A kişi, gəlsən oğlumuzu öyləndirək?
- Arvad, düz deyirsən, gədiyi öyləndirmək lazımdı. Qızdarın xasiyyətini sən bilirsən.
Anam oturduğu yerdə başdadı kəndin başınnan.
- A kişi, filankəsin qızı nətəridi?
Atam dedi:
- Ay arvad, onun dədəsi axmaq adamdı. Bildir yazda mənnən dalaşdı.
Anam yenə dilləndi:
- Bə filankəsin qızı nətəridi?
- Onun da anası dillidi, balası onnan betər olajax.
Gördüm kü, anam öz tayımız, öz baravarımız bir zülümlü kasıf tafdı. Atam dedi:
- Bax, bunun qızını alax.
Aşıx Alı deyir:
Dədəmnən utandım, anamı bir qırağa çəkif dedim:
- Mən onu almıyajam. Anam dedi:
- Anan ölsün, bəs kimin qızını alajaxsan?
- Mən Çamırrılı Niftalının qızını alajam.
O vaxtdar dövlətdi kasıva qız vermirdi. Ona görə bilirdim ki, o bizə qız vermiyəjək.
Anam gedif dədəmə dedi.
Dədəm bilmirəm nəyə umud eliyif dedi:
- Bu saat gedif alajam.
Dədəmin bir köhnə kürkü varıydı. Çiyninə atıf evdən çıxdı. Çamırrıynan Qızılvəngin arası yaxınıydı. Dədəm Niftalıgilə çatıf qapıyı döyür.
İçəridən səs gəlir:
- Kimdi ayə, qapıyı döyən? Atam deyir:
- Niftalı, mənəm.
Niftalı qapıyı aşdı kı, İmirzə kişidi. Dedi:
- Buna yaqın xərc-zad qoyuflar, düzəldə bilmiyif, ona görə gəlif.
Dedi:
- Gəl, ay İmirzə, gəl içəri.
Niftalı İmirziyi çox mərifətnən qarşıladı.
Dedi:
- Ay arvad, çaydan-çörəkdən qoyun. İmirzə, gejənin bu vaxtı bizə nə yaxşı gəlifsən? İmirzə dedi:
- Yaxşı günün olsun, a Niftalı, bilirsənmi niyə gəlmişəm? Niftalı dedi:
- Gəlifsən, belə xoş g’lifsən, belə gözüm üstə gəlifsən. Nə mətləvə gəlifsən düzələr.
İmirzə dedi:
- Yaxşı günün olsun, a Niftalı. Xudavəndi-aləm hamıya oğul- qız toyu qismət eləsin. Mən də istiyirəm oğlum Alıya toy eliyəm.
Arvad da deyir, Niftalı da deyir:
- Allah mübarək eləsin!
İmirzə kişi axır ki, gəlir mətləf üstünə:
- A Niftalı, gəlmişəm ki, qızın Bəsdi xanımı bizim Alıya verəsən.
Ayə Niftalı dəli olmadımı! Əlini belə hərrədi ki, İmirzənin noxtalığına birini qoya. Arvad qulağına pıçıldadı:
- A Niftalı, onun xətrinə dəymə, başdığını çox istə, qoy getsin öyündə ölsün.
Odu ku, Niftalı dedi:
- Ay İmirzə, arvad razıdı. Qızı sənin oğluna verəjəm, amma istədiyimi gərək gətirəsən.
- İsdə qadan alım, görüm nə istiyirsən?
- Sənnən üç yüz manat qızıl pul alajam. On yeddi erkək gətirərsən. Çaxırrıdan dəli Ağayarın atının balasını da gətirərsən. O at Qazaxdan gəlif, Dilboz atdarın cinsinnəndi. El xərci o tərəf-bu tərəf də sənin boynuna.
İmirzə əl verir "Allah mübarək eləsin, a Niftalı" - deyif çıxıf üz tutur Qızılvəngə.
Anam bir də xəvər gətirdi ki, dədən yaman fit çala-çala gəlir. Yağın qızın "hə"sini alıf.
Öz-özümə dedim, axşamnan kişi toxdu, ətin fışqırığıdı, ajıxsın havax çalsa.
Dədəm gəldi. Kürkü atdı öyün ortasına. Arxası üstə uzandı. Əllərini başının altına çatdı. Anam gəlif dədəmin yanında oturdu. Dedi:
- A kişi, nə xəvər gətirdin?
- Öyü xaravanın qızı, sən bilmirsənmi mən getdiyim yerdən boş gəlmərəm.
- Nə dedi ay İmirzə, başdıx-işdik, bizdən nə istədi?
- Ə, nə var, nə istiyə. On yeddi erkək isdiyir, o tərəf-bu tərəf əl xərci mənim boynuma. "Hə" deməsinə bir at balası, üçcə yüz manat qızıl pul isdiyir. Anam o yannan qayıtdı kı, onun yüz manatı bu anasının boynuna. Sonra dedi:
- A kişi, yüz manat da sənin boynuna. On harava ot bişmə, iyirmi harava biç.
Dədəm öysürdü:
- Arvad mənimkini əlli elə, mən düzəldə bilmiyəjəm.
- Düzəldəjən, canın çıxsın.
- Alı, a bala, yüz manat da sənin boynuna.
Aşıx Alı deyir: baxdım gördüm, bunnar elə danışıllar, elə bil gəlin gəlif, lap qapının ağzındadı. Amma ortada nə bir manat var, nə də bir keçiləri. Yerimnən qalxıf dedim:
- Ana, mənim coravımı, ayağımın məsini gəti. Sazımı götürüm gedim. Mən də öz payımı düzəldim gətirim.
Aşıx Alı sazını götürüf öydən çıxır. Yay vaxtıydı. Qalxır S’lim yaylağına, At damına, Dəmir təpiyə. Avdiləsərə, Qızıl Xərəvəyə. Bu yaylaxların hamısını gəzif gəlif Əyricədə böyük bir tuxuraya rast gəlir. Görür kü, böyük yığıncaxdı. Bəylər, bəyzadələr əyləşif kef eliyillər. Bir nökər Aşıx Alıyı görüf qavağa gəlir. Aşıx Alı onnan soruşur:
- A bala, bu tuxuru kimindi?
- Dayı, bu Naxçıvannı Kalvalı xanın şaddıx məclisidi. Buyur, gedək.
Aşıx Alı gəldi. Məclisdəkilərə ədəfnən salam verif, əleyk alannan sonra Kalvalı xan soruşdu:
- A quzum, kimin rahatısan?
- Səmənd ağanın rahatıyam.
- Oğlum, sazını çıxart söhbət elə.
Aşıx Alı sazını çıxardıf söhbətə başdadı. Onun çalıf-oxumağı Kalvalı xanın çox xoşuna gəldi. Nökəri səsdədi:
- Get bir at yəhərrə, gəti bura.
Nökər gedif yaxşı bir at yəhərrəyif gətirif Aşıx Alıya verif dedi:
- Bu atı xan sənə bağışdıyır. Kalvalı xan nökərrərə dedi:
- Xurcunu da gətirif qoyun aşığın tərkinə. Yol adamıdı.
Aşıx Alı atı minif Kalvalı xana çox minnətdarrıx elədi. Hamıynan təmənnəşif yol başdadı Şərur mahalına tərəf. Bir kəndə yaxınnaşanda beş-altı uşağa rast gəldi.
Onnar soruşdular:
- Aşıxsanmı?
- Bəli, aşığam. Qadanız alım. Yaxşı məclis olanda çalıf-oxuyuram.
- Aşıx, görürük cavansan. Buralara da nabələdsən. Biz məsləhət görərdik ki, bu cığırnan getmiyəsən.
- Niyə, a bala.
Qavaxda Arakolanı adında bir kənd var. Aşıx Duraxan orda olur. Səni görsə sazını alajax. Düzü qorxuf çəkinsəm də yolumnan dönmədim. Bir azdan at məni endirdi həmin kəndə. Başımı qaldırıf gördüm kü, bir kişi həyəti süpürür. Salaməleykdən sonra soruşdum:
- Əmi, bura aşıx Duraxanın kəndidi?
Dedi:
- Bəli.
Aşıx Alı deyir bir fikirrəşdim ki, gəl Duraxanın öyünü xəvər al. Düz get Duraxanın öyünə. Bir də fikirrəşdim ki Allah çuğula nəhlət eləsin. Çuğul nə ölmüyüf, nə də ölmüyəjək. Gedər Duraxana xəvər verər. Duraxan gəlif atımı da alar, sazımı da. Amma o vaxtın pulu otuz manatım varıydı. O otuz manatı arxalığımın elə yerinə gizdətdim ki, qanıma bulamıyınca ələ keçəsi döyüldü. Çox çək-çevirdən sonra "Allah sənnən mədəd" - deyif atın başını döndərdim. Gəldim düz Duraxanın qapısına. Atı eyvanın sütununa bağlıyıf girdim içəri. Gördüm kü, bir kişi bığlarını eşif qulağına doluyuf. Hər dizinin üstündə bir ipək dəsmal var, düyünün xırdasını duruhal qaynatdırıf yeyir. Qaşıx mənzilinə çatannan sonra dəsmalın birini götürüf bığının bir tərəfini silir. Sonra o biri dəsmalı götürüf o biri bığını silməyə başdıyır. Çəkinə-çəkinə ona salam verdim, amma heş mana tərəf baxıf eləmədi. Çörəyini yeyif qurtarannan sonra dedi:
- Bala, nə istəyirsən, nəyə gəlifsən? Eşidirəm səni.
- Ay usta, gəlmişəm ki, boynumda bir təklif var, onu götürməkdə mana kömək eliyəsən. Həm də sənnən bir kəlmə mərifətdi söz öyrənəm.
Duraxan dedi:
- O boynundakı təklif burda götürülməz. Oğul, get bir həftə buralarda hərrən gəl, mən də bir beş-altı adam düzəldim, addıyax Türkiyəyə. O mətləvin düzəlsə, orda düzələjək.
Aşıx Alı deyir, getdim bir həftə hərrəndim. Gəlif gördüm kü, on səkkiz adam topluyuf. Bir dəst xanəndə, bir dəst kəndirbaz, bir də Sarvannan kəndinnən Əsəd adlı bir qalyan-qorçu götürüf. Ayda otuz manata behləşmişdilər. Aşıx Alı deyir fikirrəşdim ki, nə qədər pul qazanajıyıx ki, otuz manat da qalyan-qorçuya verəjiyik.
Duraxan dedi:
- Yaxşı olajax. Addıyajıyıx Türkiyəyə. Gələndə də gəlif toyunu eliyərsən.
Aşıx Alı deyir eşiyə çıxdım kı, atın hörüyünü dəyişəm. Gördüm kü, kəndçimiz Ramazan kişi Şərurdan Göyçüyə düyü gətirir.
- Salam-əleyküm, Aşıx Alı. Oğul, gedirsənsə, baravar gedək.
- Yox, ay Ramazan əmi. Mən Türkiyəyə gedirəm. Bəlkə getdim ölüv-itdim, heş qayıda bilmədim.
- Ayə, niyə durduğun yerdə ölürsən? Çətinnik varsa, qayıdax kəndimizə. Daha niyə ölümnən-itimnən danışırsan?
- Ay Ramazan əmi, toy xərcini toplamasam, ölsəm də qayıdan döyüləm. Bir namə yazım, apar Bəsdi xanıma ver. Aldı görək Alı nə dedi. Biz də deyək, siz də həmişə şad olun.

Aman qasid, sən allahı sevirsən,
Mənim ərzim o canana deginən.
Qohum, qardaş, dost-müsahib olanlar,
Göz dikməsin qoy bu yana deginən.

Yeriyib vətənə varannan sonra,
Sən bizim elləri görənnən sonra,
Aparıf naməni verənnən sonra,
Dilcavavı yana-yana deginən.

Vəsmim dastan oldu, düşdü dillərə,
Heyif oldu, yetişən yox hallara,
Aşıx Alı düşdü tozdu yollara,
Yolum düşdü el Osmana deginən.

Ramazan kişi irəli yeriyif Aşıx Alının boynunu qucaxlıyıf üzünnən öpüf ağladı.
- Ayə, mən atanın çörəyini kəsmişəm. Məni yaman köyrəltdin. Haraya gedirsən, yoxsa səni məcburu aparıllar?
- Yox, ay Ramazan əmi. Ozüm gedirəm pul düzəldəm gətirəm. Özümə toy eliyəm.
- Allah üstünnən getsin, a bala. Cənabi Əmir ağam səni öz pənahında saxlasın.
Aşıx Alı kağızı Ramazan kişiyə verif dedi:
- Bu atı da apar dədəmə ver.
Halal-hümmət eliyif ayrıldılar. Duraxan yoldaşdarını da çağırdı. İyirmi bir nəfər dəstə bağlıyıf Türküyəyə addadılar. Bir göylükdə əyləndilər. Aşıx Duraxan dedi:
- O şəhəri görürsünüzmü? O şəhər Muş şəhəridi. Hər kəs də öz dəstəsini götürüf şəhərin bir küçəsinnən gedəjək. Kim boş gəldi, kim dolu fərqi yoxdu. Pulu bu göylükdə mən özüm böləjəm.
Aşıx Duraxan, Aşıx Alı, qalyan-qorçu Əsəd bir küçəynən gedirdilər. Gəlif gördülər ki, bir çardağın altında üç paşa əyləşif.
- Mərhaba, paşam.
- Mərhaba, quzum. Quzum, yanşaxsınız?
- Bəli, paşa sağ olsun, yanşağıx.
Yanşıyın dinniyək. Xoşumuza gəlsə, sizə eylik eliyəjəyik. Xoşa gəlməsə, şəhər böyükdü, genə gedərsiniz öz yolunuznan.
Sazdan çıxartdıq. Köklüyüf bir-birinin üstə düzəltdik. Yayın isti günündə elə bir şövqnən oxumağa başdadıx ki, gəl görəsən. Aşıx Durxannan çıxan səs göydə, ala buludda əyləşirdi. Camaat səsimizə axışıf gəldi. Pul başdadı yağış kimi yağmağa.
Aşıx Alı deyir gözümün qırağınnan pula baxdım. Ürəyimdə Allaha yalvardım ki, nolaydı, payıma iki yüz yetmiş manat düşəydi.
Bir də gördüm kü, uca boylu bir adam gəldi. Boyda-buxunda Koroğluya on təpik vurmuşdu. Əynində bir şalvarı varıydı, hər civinə üç yaşında bir uşax salsaydın bilməzdin hayana getdi. Başındakı fəsinin ortasında da yarım girvəngədən artıx qotazı varıydı Ədəfnən salam verif dizini yerə qoydu. Civinnən bir ipək dəsmal çıxartdı. Pulu dəstələyif saydı, sonra dəsmalın arasında qoydu.
Ayağa qalxıf pulları şalvarının civinə salıf dedi:
- Yanşaxlar, üç yüz iyirmi manat quruşunuz oldu.
Bunu deyif heş nə olmamış kimi kir-kirimiş çıxıf getdi. Mən dözə bilmiyif Aşıx Duraxana dedim:
- Ay usta, qoyma pulu apardı.
Aşıx Duraxan dedi:
- A bala, bunu sən tanımırsan, uzun pazdı, başımıza oyun açar, qoy aparsın.
Gedif o biri küçədən yığarıx.
Dedim:
- Əmi, o pulu yığana kimi yayın istisində gözümə qan damıf. Sazın köynəyinin harada qalmasına baxmıyıf, düşdüm bunun dalıncax. Gördüm bu yoxdu, amma ağac çarpayının üstündə bir paşa əyləşif. Bunnarın salamını öyrənmişdim. Əl köksümə qoyuf baş əydim. Dedim:
- Mərhaba, paşa!
- Mərhaba, quzum. Buyurun mətləbinizi deyin. Sizi dinniyirəm.
- Paşam sağ olsun, bu nişan bir oğlan bizim quruşdarımızı qaçırıf, bu doqqaza girdi.
- Oğul, o qaçırtmaz. O mənim aşığım Yığvaldı. O yaqın sizə bir qafiyə deyif.
Siz də cavab verə bilmiyifsiniz.
Dedim:
- Paşam sağ olsun, gəlsin o qafiyiyi burda desin. Əgər cavaf verə bilməsək, onda bizim döyranımız ona halaldı.
Paşa Yığvalı çağırtdırdı. Yığval gəldi. Diz üstə çökdü, əl köksünə qoyuf paşıya baş əydi. Paşa soruşdu:
- Oğul, bunnar müsafirdilər. Niyə bunnarın quruşunu qaçırdıfsan?
Yığval dedi:
- Paşa sağ olsun. Mən para qaçırtmamışam. Bunnara bir qafiyə demişəm, cavab
verə bilmiyiflər.
Bu arada Duraxan da gəlif burya çıxmışdı. Aşıx Alı dedi:
- Paşam, budu ustadım da gəlif çıxdı. Sənin aşığın bizə heş bir bağlama-zad
demiyif.
Usta deyəndə qayıtdım Duraxanın üzünə baxdım. Onun qulağına dolanan
bığları qorxusunnan aşağı tüşüf, xırman çalğısı kimi boğazının altınnan
düyünnənəsi olmuşdu.
Paşa dedi:
- Oğul, fərqi yox, indi ya sən, ya da sənin ustadın düşün qavağa.
Mənim aşığıma bir qafiyə deyin.
Aşıx Alı dedi:
- Paşa sağ olsun, ustadımın mana çox əziyyəti oluf. Mən razı olmaram ki, ona
genə zəhmət verim. Mən sənin aşığınnan bajarmasam, onda ustadım meydana
girəjək.
Aldı Aşıx Alı görək nə dedi:

Gəndinə aşığam deyən,
Aşıxsan meydana gəl
Namərd girməz bu meydana,
Mərd isən meydana gəl.
Gəndi olan gəndisini,
Öyməyi layıx döyül,
Şimdi sazın aləminə,
Bu cəngi-dövrana gəl.

Aldı Yığval:
Sən ki, varsan bir adasan
Axırsan ümmana gəl,
Mən danışım, sən qulax as,
Mərfətə, ərkana gəl.
Sən satansan, mən də alan,
Açkınan mətahını,
Malın satma hər nadana,
Xırdarın alana gəl.

Duraxan baxıf gördü, bu cavan aşıx özünə görə döyül. Yığvalı lap təntidif. Bir
də ürəyinə gəldi ki, birdən ustadı meydana çağırallar. Biavırçılıx olar. Ona görə
qalyan-qorçuya dedi:
- Əgər desələr, usta da oxusun, sən tez dillənif denən ki, usta yornuxdu.
Aldı Alı görək nə dedi:

Ey arifə, bir salam ver,
Soruşum halın görüm,
Həqiqət haqq aşığısan,
Söylə, kamalın görüm.
İncil, Zəbur, Tövrat, Qur'an
Göstər kitabın görüm.
Dostum, əgər bütpərəstsən,
Bu narı-neyrana gəl.

Paşa dilləndi:
- Sağ ol, Aşıx Alı. İndiyə qədər mən bilmirdim ki, bu nə məssəvə qullux eliyir.
Elə yaxşı eliyif soruşursan.
Yığval dedi:
- Paşa sağ olsun, indi söznən kim olduğunu bəyan eliyəjəm.

Aldı Yığval:
İsayiyəm, Musayiyam,
Hər nəyəm öz yolumda.
Haqqınan söz söylərəm,
Mə'rifət kamalımda.
Şimdi paşam qulluğunda,
Sədirəzəm yanında.
Haqqında divan kəssələr,
Ədalət divana gəl.

Paşa dedi:
- Kəs, nadürüst oğlu, nadürüst. Bu cavan aşıx sənnən dörd kitavı xəvər aldı. Bu
nə cavabdı verirsən. Dörd kitabın birinə də yiyə durmadın.
Aşıx Alı dedi:
- Paşa sağ olsun, görünür, o öz millətini, hələ tapa bilmiyif. Yazıxdı, deyim,
qoy örgənsin.

Aldı Alı:
Mən Alıyam tamam Leyli
Nahar söylərəm mədhi,
Mə'rifəti, şəriəti,
innəqan haxdı, təriqəti,
İsayisan "İncil"i sev,
Musayisan "Tövrat"ı.
Gər Məhəmməd hümbətisən,
Boyun əy, "Qur'an"a gəl.

Yığval dedi:
- Paşa sağ olsun, mən də Məhəmməd hümbətiyəm. İndiyə qədər
soruşmuyufsan, mən də deməmişəm. İndi icazə versən söznən deyərdim:

Aşıx Yığvalam, bilin,
Fərzi-sünnət qanıram.
Əlif Allahın adıdı,
Bey peyğəmbər tanıram.
Tay Tabərrah, qəni Allah,
Ona səjdə qılıram.
Xilqətimdi Adəm ata,
Sey xaki-yeksanə, gel.

Paşa dedi:
- Oğlum, indi də mənim aşığım qavağa düşəjək. Siz cavaf verəjəksiniz.
Aldı görək Yığval Aşıx Alıyı nejə imtahana çəkdi.

O nədi ki, otuzunda cavandı,
On beşində qojalanar, uludu?
O nədi ki, dili ayrı, sözü bir,
Hansı dərya, hər dəryadan doludu?

Duraxan baxıf gördü kü, Yığval yaman qəliz məsələlərdən yapışıf. Öz-özünə
fikirrəşdi ki, bu çox çətin açılajax. Qalyan-qorçu Duraxanın üzünə baxanda gördü
kü, ustad yaman qorxuya düşüf. Ona ürək-dirək vermək üçün dedi:
- Qorxuf eləmə, Aşıx Alı cavavını verəjək.
Aldı görək Aşıx Alı nə cavaf verdi:

O aydı ki, otuzunda cavandı,
On beşində qojalanar, uludu.
O qələmdi dili ayrı, sözü bir,
O elmdi hər dəryadan doludu.

Duraxan qalyan-qorçu Əsədə dedi:
- Əsəd, mən elə bilirdim ki, bu kişinin başı dəryadı. İndi gördüm kü, kişinin
oğlunun başı dərya döyülmüş ümmanıymış.
Aldı Yığval görək sözün o biri xanəsində nə dedi:

O nədi ki, qışda dağlar bürüyər?
O nədi ki, əl dəyməmiş hörülər?
O nədi ki, amanata verilər?
O nədi ki, o da onun gülüdü?

Aşıx Alı görək nejə cavab verdi:

O qardı bil qışda dağlar bürüyər,
O könüldü məhəbbətnən hörülər.
O urufdu amanata verilər,
İlqar, iman o da onun gülüdü.

Aldı Yığval:
O nədi ki, hax yanında nahaxdı?
O nədi ki, yerə-göyə dayaxdı?
O kimdi ki, yatmıyıfdı, oyaxdı?
Aşıx Yığval hər elmdən halıdı.

Aldı Aşıx Alı:
Böhtan sözdü hax yanında nahaxdı,
Hax nəzəri yerə-göyə dayaxdı.
Haqqın özü yatmıyıfdı, oyaxdı,
Bu sözdəri açan Aşıx Alıdı.

Söz tamama yetişənnən sonra Paşa dedi:
- Alı, oğul, indi növat gəlif sana yetişdi. Yoxla bu Yığvalın qavını, görək bir
şeyi varmı?

Aldı görək Aşıx Alı nə dedi:
Mərifətdən kamal alan, ay aşıx,
Şəriəti neynən elərsən aşkar.
Bey altınnan o noğdanı bəyan et,
O noğdadan elə məni xəvərdar.

Paşanın aşığının gözü buz üstə çıxmış dana gözünə döndü. Dili tutula-tutula
dedi:
- Paşa sağ olsun, havanın istisi, sazın səsi beynimə düşüf. Mən hamısını birdən
açajam.
Duraxan söyündüyünnən qalyan-qorçusuna elə bir dürtmə ilişdirdi ki, yazıx az
qaldı gedif düşə Əzrayılın siyahısına. Qalyan-qorçu baxdı kı, Aşıx Duraxanın
bığları söyündüyünnən yaman qalxıf, zalım oğlu elə şöyqə gəlif ki, bir də bayaxkı
kimi ona bir dürtmə də ilişdirsə, onda qəvrinə arvad-uşax ömürrük həsrət qalajax.
Ona görə qaçıf özünü soxdu camaatın arasına. Aşıx Alı Yığvalın ilişdiyini duyuf
dedi:
- Paşa sağ olsun, neyniyək, qoy mən deyim o hamısını birdən açar.

Səkkiz cənnət, yeddi dami yaqın var,
Yerdədi, göydədi, hardadı ənnar?
Ərşdə iki quş var, göydə dən dənnər,
Gah pünhan olullar, gah olur aşkar.

Yığval tez əlini qaldırıf dedi:
- Paşa sağ olsun, tafdım.
Paşa dedi:
- Nədi?
Dedi:
- Aynan, gündü. Əgər desə ki, aynan, gün döyül, demək bunun dediklərinin öyü
yoxdu, yalan danışır.
Aşıx Alı dedi:
- Paşa sağ olsun, indi ki, Yığval deyir yalandı, onda bu bağlamanı özüm
açajam, gör yalandı, yoxsa doğru.
Aldı görək Aşıx Alı öz bağlamasın nejə aşdı:

Deməginən bu sözdərim yalandı,
Ay, gün, Zümrüd zhu quşa büləndi
Zatı Zülcəlaldı, özü kəlamdı,
Peyğəmbərdən qaldı hədsi mötəbər.

Aşıx Alı dedi:
- Paşa sağ olsun, mən sənin aşığınnan o sözü xəvər aldım ki, Məhəmməd
peyğəmbər salavatüllahi Meraca gedəndə yeddinci göydə qavaxlarına iki qatar
dəvə çıxdı. Dedi:
- Ay Cəbrayıl, əylənək bu dəvə qatarının dalı üzülsün.
Dedi:
- Ya peyğəmbər, bu dəvə karvanının dalı üzülmüyəjək.
Dedi:
- Bə bu dəvələrin yükü nədi?
Dedi:
- Ya Rəsul Allah, bir qatarın yükü sənin möcüzatındı. O biri qatarın yükü də
Əlinin səxavətidi.
- Paşa sağ olsun, mən sənin aşığınnan iki qatar dəvəni iki quş mislində
soruşdum. O dedi: aydı, gündü; ay, gün olmasa, yalandı.
Aldı Aşıx Alı görək o biri xanədə nə dedi:

Mərifətdən şəriətə gəlmişəm,
Təriqətdə yol ərkanı bilmişəm.
Aşıx Alı deyər mətəl qalmışam,
Çarxı-dəvvarədə neçə elm var?

Paşa öz aşığına dedi:
- Aça bilmədin, nataraz oğlu, nataraz. Get mehmannarın paralarını gəti. Sən
soruya cavaf verə bilmədin, bağlandın. Onnardan aldığın paranın üstünə də bir o
qədər qoyuf bunnara qaytarmasan, dərinə saman təpərəm.
Yığval gəlif paraları gətirif artıxlamasınnan aşığa verdi. Paşa Öz aşığına təpindi
ki, get bir də gözümə görünmə. Paşa üzünü Alıya tutuf dedi:
- Oğul, qal mənim yanımda, aşığım ol. Sizə çox eyliy eliyərəm. Alı dedi:
- Sağ ol paşam, bizim ayrı mətləbimiz var. Aşıx Alı paşaynan halal-hümbət
eliyif ayrıldı.
Aşıx Duraxan yoldaşdarına tafşırmışdı ki, kim nə qazanır qazansın, yığılan
pulları bu çəmənnikdə mən özüm böləjəm. Gəldilər şəhərin kənarına çıxanda
gördülər ki, yoldaşdarının hamısı oraya yığılıf. Aşıx Duraxan bığlarını eşif
qulağına dolayannan sonra pulları tökdü ortalığa. Aşıx Duraxan pulları qardaş malı
kimi böldü, hər kəsin payını verənnən sonra dedi:
- Aşıx Alı, Allah sana min bərəkət versin. Həmişə gəlif hamımız burdan iki yüz
manat yığardıx, qalmışım o nətərəst oğlu əlimizdən alıf qaçırardı. Bu xeyri sənnən
gördük. Əgər iki ay bizdən sonra qayıdıf gəlsən toy xərcini çıxararsan.
Aşıx Alı baxıf gördü ki, onlar geri qayıtmax, vətənə getmək istiyillər.
Qalyan-qorçu Əsəd dedi:
- Aşıx Alı, aylığımı artırsan, mən sənin yanında qalajam. Qalyan-qorçuyu ayı
otuz manata tutuf gətimişdilər. Aşıx Alı dedi:
- Mən sana ayda əlli manat verəjəm.
Bunnar bir-birrərinnən görüşüf halal-hümmət eliyif ayrıldılar. Duraxanın
dəstəsi Şərur mahalına qayıtdı. Aşıx Alı qalyan-qorçu Əsədi yanına alıf üz tutdu Qars dağlarına tərəf. Sarıqamış dağlanın, yaylaxlarını görənnən sonra dedi:
- Əsəd, bura bizim yaylaxlara nə qədər bənziyir.
Bu yerdə Aşıx Alı köyrəlif, sazını köynəyinnən çıxartdı. Aldı görək nə dedi:

Süsənni-sünbüllü, tər bənövşəli,
Yaylax, bizim yaylaxlara bənzərsən.
İçən ölməz abi-kövsər suyunnan
Bulax, bizim bulaxlara bənzərsən.

Qalyan-qorçu Əsədin bu sözdərdən ruhu təlatümə gəldi. Vətən onun da yadına
düşdü. Özü də yaman düşdü. Doluxsunuf dedi:
- Aşıx Alı, doğrudan buralar Qızıl xərəvəyə, At daşına, Əyriciyə, Verst dağına,
Səlim yaylağına, Gəzəldəriyə nejə də oxşuyur.
Aşıx Alı baxdı kı, qalyan-qorçu Əsəd də yaman köyrəlif. Aldı sözün o biri
xanəsini:

Zərzivil, xan Keyti, Daşkət baxarı,
Ağ sürülər Sarı yaldan yuxarı.
Gözəllər seyr edər o yaylaxları,
Yaylax, bizim yaylaxlara bənzərsən.

Deyər Aşıx Alı daş Gözəldərə,
Şəqayiq-çiçəkli xoş Gözəldərə.
Əyricə, Verst dağı, Baş Gözəldərə,
Oylax, bizim oylaxlara bənzərsən.

Söz tamama yetir. Bunnar yol başdıyıf getməkdə olsunnar. Birdən göyün üzü
dumannan, çisəkdən elə tutuldu ku, göz-gözü görmədi. Aşıx Alıynan qalyan-qorçu
Əsəd bir-birinnən aralı düşdü. Bir xeyli ora-bura döyükənnən sonra gördülər ki,
xoruz səsi gəlir. Elə bu arada Əsədin qavağına üç-dörd uşax çıxdı.
- Salam.
- Əleykümə salam.
- Əmi, aşıxsınızmı? Qalyan-qorçu Əsəd dedi:
- Hə, aşığıx.
- Əyər aşrxsınızsa, yazıxsınız, bu kəndə getmiyin. Bura Qullar-baydar kəndidi.
Əsmər xanım gəlif orda söhbət eliyir. Sizi görən kimi sazınızı əlinizdən alajax.
Əsəd dedi:
- Ayə, mən aşıx ha döyüləm. Özüm zarafat eliyirəm. Aşıx o daldan gələndi.
Aşıx Alı gəlif onnara çatdı. Soruşdu:
- Əsəd, bunnar nə deyillər?
Dedi:
- Aşıx Alı, deyillər kənddə sünnət toyu var. Dəllək gəlif, aşığın dalınca adam
göndəriflər. Özünüzü tez çatdırsanız, elə məclisi sizə tafşırardılar.
- Ayə, Əsəd, soruşdunmu bu hansı kənddi? Dedi:
- Soruşmuşam. Bura Qullar-baydar kəndidi.
Gəlhagəl, gəlhagəl axır ki, gəlif kəndə çatdılar. Baxdılar camaat dəstə-destə bir
tərəfə axışır. Soruşdular:
- Bu nə yığıncaxdı?
Dedilər ki, Əsmər xanım Dağıstannan gəlif. Camaat onun gözəlliyinə tamaşa
eləməyə, məlahətdi səsinə qulağ asmağa gedir. Aşıx Alı dedi:
- Əsəd, biz də gedək.
Gəlif gördülər ki, o qədər camaat yığılıf ki, bir çuval dan töksən biri də yerə
düşməz. Balaja, gödək adamlar uzunnara beş manat verif çıxıf onnarın çiyninnən
baxır.
Yığışannar Aşıx Alıyı görüf dedilər:
- Ayə, bir aşıx da gəldi, yol verin görək.
Camaat Aşıx Alıya yol verdi. Aşıx Alıynan qalyan-qorçu Əsəd məclisin
ortasına girdilər. Aşıx Alı dedi:
- Əsəd, aşıx aşığın məclisinə sazdı girməməlidi. Səhvə yol vermişik. Allah
axırını xeyir eləsin.
Aşıx Alı əlini köksünə qoyuf baş əydi.
- Xanım, bizi bağışda. Saznan məclisinizə gəldiyimizə görə günahkarıx.
Xanım dedi:
- Anama qurvan olasan, elə zarafatdar keşməz.
Aşıx Alı baxıf gördü kü, özü də xanımın başındakı qırx qızın içində bir qan da
var. Kankannıx elminin dədəsini yandırıf, yerin yeddi qatınnan xəvər verir.
Xanım dedi:
- Adam isdiyirəm ki, bu aşığı mənnən zamına götürsün.
Axşamın qara sərinində bunnan danışajam.
Mehdixan addı bir adam irəli çıxdı.
- Xanım, mən götürrəm zamına.
Dedi:
- Ünvanını de.
Mehdixan ünvanını yazıf ona verdi. Xanım dedi:
- Əgər aşıx qaçarsa, öyün dağılajax.Mehdixan Aşıx Alıynan Əsədi götürüf
öyünə getmək isdiyəndə xanım dedi:
- İki qız, əlinizdə simli qamçı bunnarı aparın Mehdixanın öyünə qoyun.
Axşamüstü gedif gətirərsiniz.
Əsəd qızdarın cavannığını, gözəlliyini görüf papağın dalını günortaladı. Aşıx
Alıya dedi:
- Aşıx, xudavəndi-aləm elə eləsin ki, bağlanmıyasan. Bir il beləjə gedək-gələk.
Qızdar bunnarı gətirif Mehdixanın öyünə qoydular.
Mehdixan dedi:
- Aşıx Alı, sən məni tanımırsan. Mən Qazax mahalınnanam. Adım Mehdixandı.
Düşmannı olduğumnan buraya addamışam. Bu çəpəl çox qabil sənətkardı, on
səkkiz şəyirdi var. Çox aşıxları bağlıyıf, sazını alıf. Sizin də sazınızı alajax.
Qalyan-qorçu Əsəd dedi:
- Qardaş, qurddan qorxan, qoyun saxlamaz. Bə bu bədbəxt oğlu kişinin əlinnən
qaşsın, arvadın əlinnən qaşsın, bə bu harda aşıxlığ eliyəjək?
Mehdixan dedi:
- Siz qaçın, qoy mənim öyümü dorq eləsin. Mən təzə öy alaram. Amma sizin
kimi eloğlularım bu qəriflikdə pisikməsin.
Elə təzəcə yeyif-içif kəmərin altını bərkitmişdilər ki, qızdar qapının ağzını
kəsdilər:
- Xanım sizi çağırır.
Mehdixan, Aşıx Alı, qalyan-qorçu Əsəd qızdarın yanına tüşüf məclisə gəldilər.
Gəlif gördülər ki, xanım şəhərin küçələrinə yazıf yapışdırıf ki, ay camahat, sizi
Göyçə mahalınnan, Qızılvəng kəndinnən gələn bir aşığın vay gününə baxmağa
çağırıram. Hamı gəlif baxsın.
Xanım Aşıx Alıyı yanına çağırıf dedi ki, gəl belə bir şərt kəsək. Əyər mən səni
bağlasam, boynunu vurdurajam, zindana saldırajam, dar ağacınnan asdırajam, o
mənim işimdi. Və sən məni bağlasan, şərtin nə olajax?
- Xanım, birinci mənim sənin şərtinnən qorxum yoxdu. İkinci camahatdan da,
sənnən də xahiş eliyirəm ki, bizi bağışdıyasınız.
Biz günahkarıx. Çünki aşıx aşığın üstünə sazdı getməz.
Əsmər xanım dedi:
- Anama qurvan olasan, aşıx. Heş bir bağışdamax olmuyajax.
Qavağa mən düşəjəm. Cavaf verə bilməsən, Göyçüyə nə ismarışın varsa,
indidən bu yanındakına söylə.
Aldı görək Əsmər xanım nə dedi:

Bir qəriv aşıxsan düşüf güzarın,
Nahax yerə bu sınağa gəlifsən.
Neçə aşıxları salmışam bəndə,
Hamısına son sadağa gəlifsən.

Aşıx Alı dedi:
- Xanım, gəlmişəm bir, qayıdım gedim iki. Mənim sənnən bir qəsdi-qərəzdiyim
yoxdu. Boynumu vurduruf, nə qazanajaxsan? Kasıv oğlanam, qoy gedim bir təhəri
başımı saxlıyım.
Xanım dedi:
- Sözə cavaf verirsən, ver, verə bilmirsən, əmr eliyim boynunu vuruf, canını bu
dünyanın əzavınnan birdəfəlik qurtarsınnar.
Aşıx Alı dedi:
- Xanım, deyəsən sənin qavağınnan qaşdıxca ayağın yaman yer alır. Sən mənim
yox, heç Göyçəli bir çovanın da əlinnən saz ala bilməzsən. Arvadsan deyə səni
biyavır eləmək istəmədim. İndi özünnən küs.

Aldı Aşıx Alı:
Bəyənmirsən mənim kimi aşığı,
Sənin başın dağlamağa gəlmişəm.
Sazını sözünü, bir də özünü
Dustax edif saxlamağa gəlmişəm.

Xanım baxdı ki, yox, deyəsən, bu, özünə görə döyül.
- Aşıx, indiyə qədər bəlkə də sana rəhm eliyərdim. Bələ yekə- yekə danışdığına
görə başınnan qavax dilini kəsdirəjəm, dilini.
Qalyan-qorçu Əsəd baxdı gördü kü, xanımın başındakı qızdar təpədən-dırnağa
sarı kətan geyif. Aşıx Alı qalyan-qorçunun üzünə baxanda gördü kü, Əsəd qızdara
baxıf qısır inək danası kimi yalam-yalam yalanır. Aşıx Alının ölüv-öldürməyinin
ona heş bir istisi, soyuğu yoxdu.
Alı gülə-gülə Əsmər xanıma dedi:
- Xanım, vejinə alma, işində ol.

Aldı Əsmər xanım:
Sinəmdə qövr edir eşqin sövdası,
Silinsin könlünün qalmasın pası.
Yoxdu səndə aşıxlığın siması,
Nahax yerə bu meydana gəlifsən.

Alı dedi:
- Düz deyirsən, arvaddar kişilərə nə desə haxlıdı. Amma bu meydan arvad
meydanı döyül. Qulağını aç, məni yaxşı-yaxşı dinnə:

Dağılıfdı huşun, həmi idrakın,
Əlac etsin sana loğmani-həkim.
Laf eyləynən aç mətahın, tök yükün,
Sərraf mənəm, yoxlamağa gəlmişəm.

Qalyan-qorçu Əsəd gördü ki, xanım livasını dəyişif elə geyinif ki, baxanda
adamın huşu başınnan çıxır. Amma hiss elədi ki, xanımın qavirqotu, hindiqotu
Alıya təsir eləmir. Zalım oğlu xanımın lap əhədini kəsif.
Əsmər xanım dedi:
- Əyə aşıx, hərzə-hərzə danışma, qulağını aç, sözümün o biri xanəsini eşit:

Əsmərəm, qəddini döndərrəm yaya,
Əlimnən gedərsən ölkənə haya.
Aşıx deyif özün çəkmə ucaya,
Nahax yerə bu meydana gəlifsən.

Alı:
Çağırram Allahı, ol Mustafanı,
Gərdişi-dövranı, qadir sübhanı.
Bu Alıyı yaxşı öyrən, bil, tanı,
Qollarını bağlamağa gəlmişəm.

Söz tamama yetdi, Xanım bu dəfə laf ajıxlanıf özünnən çıxdı. Gedif livasını
dəyişdi, özünə yeddi rəng ziynət vuruf, başdan ayağa qonöyüz geyif geri qayıtdı.
Qalyan-qorçu Əsəd ona baxanda huşu başınnan çıxdı.
Öz-özünə dedi:
- Zalımın balası insan ha döyül, elə bil göydən enmiş huri- qılmandı. Allah
Alıya insaf versin. Heş belə xanımın xətrinə dəyəllər.
Əsmər xanım Alıya bir tərs nəzər salıf aldı görək nə dedi:

Gəndi laf eliyif, aşığam deyən,
Çox sənin kimisin qal eylərəm mən.
Min zülümnən səni çəkdirrəm dara,
O əlif qəddini dal eylərəm mən.

Aşıx Alı dedi:
- Xanım, vallah sana yazığım gəlir. Gəl daşı ətəyinnən tök. Nə özünə, nə bizə
gəl nahax yerə əziyyət vermə. Qoy çıxax öz yolumuznan gedək.
Xanım sevindi. Fikirrəşdi ki, yaqın sözü qurtarıf, ona görə aradan çıxmaq
istiyir. Yerini bir az da bərkidif dedi:
- Hələ Əsmər xanımın əlinnən sağ-salamat qurtaran olmuyuf.
İnşallah sənin də canını alajam.
Alı dedi:
- Vallah, aaz, murazını gözündə qoyajam:

Bəyənmirsən mənim kimi aşığı,
Aparıf özümə mal eylərəm mən.
Vallah sallam bir tükənməz yanara,
Yandırıf-yandırıf kül eylərəm mən.

Xanım baxıf gördü ki, yox, deyəsən, bu, ipə-sapa yatana oxşamır. Gəlsənə, bir
az da qorxudam. Bəlkə təntiyif, ağlını başınnan çıxarda bildim.
- Anasının oğlu, mənim on səkkiz şəyirdim var. Neçə-neçə aşıxları saldırmışam
zindana. Səni də indi onnara qatıf boynunuzu vurdurajam:

Çağır dədən, nənən yetişsin dada,
O cavan ömrünü verəjəm bada.
On səkkiz şəyirdim var bəylərzada,
Səni də onnara qul eylərəm mən.

Qalyan-qorçu Əsəd baxdı kı, Əsmər xanım Aşıx Alıyı şəyirddərinə qul eləmək
isdiyir, ürəyində dedi:
- Aya, bu zahmın qızı noloydu məni elə özünəjə qul eliyəydi.
Qalyan-qorçu, Əsmər xanım hayana gedirdisə, onun dalınnan baxırdı. Xanım o
qədər xoşuna gəlmişdi ki, o yeridikcə köksünü ötürüf deyirdi:
- Allah, nur yağır, Allah!
Aldı görək Alı nə dedi:

Yaxşı-yaman hər nə desən qanıram,
Eşqin ataşına mən də yanıram.
Mən bir məhək daşam qəlpi tanıram,
Səni üç qəpiklik pul eylərəm mən.

Əsmər ürəyində dedi: mən nə desəm, deyəsən, bu, cavavını tapajax. Gəl buna
elə bir biavırçı söz de ki, camahatın qavağında utansın. Deməyə söz tafmasın.

Aldı Əsmər xanım:
Mən Əsmərəm, nahax gəlməz dilimə,
Çara olmaz haxdan gələn ölümə.
Səni minnəm üz tutaram elimə,
Arpa, samanını bol eylərəm mən.

Qalyan-qorçu Əsəd qayıtdı o tərəfdən ki...
- Xanım, minə bilsən məni də tərkinə al.
Camahat gülüşdü.
Əsmər xanım qarının üzünə baxıf dedi:
- Ay nənə, bu nətəri aşıxdı. Ağlın nə kəsir?
Qarı dedi:
- Ay qızım, imanım kirpi dərisində olsun, əyər belə aşıx görmüşəmsə?! Bu aşıx
deyil, Ənzəli qamışıdı.
Aşıx Alı baxdı ki, yox, deyəsən, Əsmər xanımın cilovunu çəkməyin vaxtı çatıf.

Aldı Aşıx Alı:
Aşıx Alı təvəkküldü pirinə,
Sığınmışam o Kərrari-Kərimə,
Küçükləmiş qancıx kimi hürümə,
Axşam-savah yalın bol eylərəm mən.

Mehdixan irəli yeriyif dedi:
- Xanım, camahat səndən narazıdı. Novat indi Aşıx Alınındı. İndi o qavağa
düşəcək, sən cavaf verəjəksən.
Alı sazın zilini zil, bəmini bəm eliyif başdadı, nə başdadı.
Aldı görək nə dedi:

Əcəf yerdə keşdin mənim cəngimə,
Cəngimnən çıxmağa bir hünər gərək.
Maya dura bilməz nər qavağında,
Meydana girməyə nərə-nər gərək.

Saxla dilin özün üçün qadağa,
Əlimnən gedərsən arana-dağa.
Səməndər tək göydə qanad çalmağa,
Havada süzməyə balü-pər gərək.

Camalın şövqünnən dilim oldu təng,
Çayda balığ olar, dəryada nəhəng.
Mahalım Göyçədi, kəndim Qızılvəng,
Aşıx Alı birdi, birə-bir gərək.

Aşıx Alı sözdəri deyənnən sonra camahat dedi:
- Aşıx Alı, sən də qıfılbənd de, qoy görək özünnən deyən xanım nə cavaf verir.
Alı gülə-gülə dedi:
- Arvada bağlama deyif, cavaf istəmək ölüdən kəlmeyi- şəhadət soruşmax kimi
bir şeydi. İndi deyirəm. Mən deyəjəm, amma o gözünü döyəjək.
Aldı Alı görək Əsmər xanımnan nə soruşdu:

İnsi-cinni o yer, o göy yox ikən,
Hax nə əmr eylədi, yer nədən oldu?
Pərdeyi-hicavdan bir nəzər qıldı,
O dürrün içində nur nədən oldu?

Mehdixan dedi:
- Xanım, dillən, niyə dilin kəlmə tutmur.
Əsmər xanım dili dolaşa-dolaşa dedi:
- Mehdixan sağ olsun, havanın istisi, sazın səsi mənim başıma düşüf. Qoy
desin, hamısını birdən açajam.
Aşıx Alı qalyan-qorçu Əsədin üzünə baxıf gördü ki, dostu papağın dalını
yaman günortalayıf. Əsədin kefi Alvızın başında cöylan vurur.
Aldı sözün o biri xanələrini:

O bir nəzər qıldı gövhər tərlədi,
Bir qətrəsi düşdü, ümman eylədi.
Xışma gəlif Cəbrayıla söylədi,
Yandırdı şahpərin, nar nədən oldu?
 
Aşıx Alı duva istər pirinnən,
İltifat nəzərinnən, öz qüdrətinnən.
Bir dürr xəlq eylədi qüdrət sərinnən,
O dürrün içində nur nədən oldu?

Söz tamama yetdi.
Əsmər xanım cavaf verə bilmədi. Mehtixan Əsmər xanımın boyunbağısından
tutuf sürüdü meydanın ortasına. Dedi:
- Aşıx Alı, bunun canı da, pulu da sana halaldı. Nə desən, o da olajax.
Aşıx Alı dedi:
- Mehdixan, qardaşım, çox sağ ol.
Mən bu xanımı bağladığıma görə aparsam, Göyçə mahalında mana nə deyəllər.
Deməzdərmi, bu öz deyiklisinə qovuşmax üçün pul qazanmağa getmişdi, yoxsa
deyişif arvad almağa. Yaxşısı budu, toy xərcimi versin, gedim öz istədiyimi alım,
toyumu eliyim.
Əsməri buraxdılar ki, gedif pul gətisin. Bir azdan Əsmər xanım əlində iki kisə
qızıl pulnan qayıdıf gəldi. Pulları Alıya verif dedi:
- Aşıx Alı, sənin kimi oğula tək pulum yox, canım da qurvandı. Ürəyimi
istəsən, onu da sana əsirgəmərəm. Qalyan-qorçu da qoy getsin mənim qızdarımnan
pulunu alsın. Onnara tafşırmışam.
Əsəd ayağınnan yeri qurdalıya-qurdalıya dedi:
- Onun özü mənim olmuyannan sonra, pulunu zəhrimara döndərrəm.
Camaat dağıldı. Mehdixan aşıxları evinə apardı. Eloğlannarının şərəfinə gözəl
bir məclis düzəltdi. Yaxşıca yeyif-içif, dincəldilər. Savah tezdən xanımın
qaravaşdarınnan biri gəlif dedi:
- Aşıx Alı, xanım sizi çağırır.
Aşıx Alı duruf, sazını da götürüf Mehdixannan halal-hümmət eliyənnən sonra
Əsmər xanımın yanına gəldi. Bunnar baxıf gördülər ki, sufra, yemək-işmək öz
yerində. Amma xanım bu dəfə başqa livasdaydı. Hürü də, pəri də, mələk də onu
görsə utandığınnan qaçıf gizdənər, üzə çıxmazdı. Təpədən tökülən saç alaçıx
çuvuğu kimi yernən gedirdi. Xanımın zülfünün yarısı sinəsinin üstünə tökülüf
səhərin mehinnən dərddəşirdi. Bir az söhbətdən sonra Əsmər xanım üzünü qızdara
tutuf dedi:
- Qızdar, belə qara söhbətdərdən bir şey çıxmaz, sazımı mana gətirin.
Onun sazını gətirdilər. Əsmər xanım sazını sinəsinə basıf şüm-şad barmaxları
pərdələr üstündə gəzdirməyə başdıyanda qalyan-qorçu Əsəd Aşıx Alının qulağına
pıçıldadı:
- Aşıx Alı, burda alver məsələsi olsa, sənin nişannın var, bunu öz adına al,
mana ver. Aylığımnan tutarsan. Gözdəri bahar buludu kimi dolmuş Əsmər xanım
məlul-məlul Alının üzünə baxıf görək nə dedi:

Arifi-xoşkəlam, tutiyi-imran,
Gəl al məni, mən də sənnən varalım.
Kimdi bu dünyanın axırın görən?
Gəl al məni, mən də sənnən varalım.

Aşıx Alı baxıf gördü kü, Əsmər xanımın fikri ayrıdı. Öz-özünə fikirrəşdi ki, bu
nə qədər gözəl olsa da, mənim öz istəklim, öz elim, öz ovam var. Camahat mana nə
deyər? Hamı dədəmin göruna söyməzmi?!
Alı öz-özünə fikirrəşdi, amma gərək elə eliyim ki, Əsmər xanımın da qəlbi
mənnən qalmasın. Bu xəyalnan Aşıx Alı aldı görək nə dedi:

Sənəmlər sənəmi, gözəllər xası,
Necə deyim sən də mənnən varalı.
Ayıfdı aləmə düşməsin səsin,
Necə deyim sən də mənnən varalı.

Aldı görək Əsmər xanım öz dərdi-dilini nejə izhar elədi:

Aşiq oldum sənin şirin dilinə,
Dərya kamalına, gövhər, ləlinə,
Qəbul eylə məni, apar elinə,
Gəl al məni, mən də sənnən varalım.

Göhər gəlif dürr mədanın tutufdu,
Yaxşıyı qaldırıf, yaman atıfdı,
Baxtı yazan məni sana yazıfdı,
Gəl al məni, mən də sənnən varalım.

Qalyan-qorçu Əsəd dedi:
- Aşıx Alı, daha burda nə Mehdixan var, nə də camahat. Onun sözünü yerə
salma. Denən alajam. Sonra mən deyən kimi eliyərik.
Aşıx Alı dedi:
- Aya, elə danışırsan, elə bil dünya görmüyüfsən. Özünü niyə biyavır eliyirsən?
Onnan sana arvad olar? Xanzadələr, bəyzadələr ona söz deməyə cəsarət eləmir.
Yuyulmamış qaşıx kimi ortuya nə düşüfsən?
Aldı görək Alı Əsmər xanıma nə dedi:

Bir xalın bəzirgan, bir xalın hajı,
Bir xalın qiymattı Urum xəracı.
O dünya, bu dünya sən mana bajı,
Necə deyim sən də mənnən varalı.

Əsmər xanım baxıf gördü kü, aşıx buna bajı deyir. Əli yerdən, göydən üzüldü.
Dərinnən bir ah çəkif aldı sözün o biri xanəsini:

Əsmərəm, səninlə olaydım sirdaş,
Ağlaram, eynimnən gedər qannı yaş.
Sən ki, bajı dedin, sən mana qardaş,
Qardaşımsan, bu ilqarda duralım.

Aşıx Alı işin belə qurtarmasına çox sevinif, aldı görək sözünün sonuncu
xanəsində nə dedi:

Aşıx Alı nə xəyala dalıfsan?
Heyva kimi, saralıfsan-solufsan.
İlqar verif bajı-qardaş olufsan,
Sona qədər bu ilqarda duralım.

Söz tamama yetdi. Əsmər xanım Aşıx Alıya bir dəst bəy paltarı, dəvə yununnan
başdıx, məngülə arxalıx, gümüş vəznəli çuxa, bir də bir buxara papax bağışdadı, -
Aşıx Alı, bu da mənnən sana bajı payı, - dedi. Sonra Alıya toy nəməri bir kisə də
qızıl verdi.
Görüşüf-öpüşüf, halal-hümmət eliyənnən sonra bunnar vətənə yola düşdülər.
Qalyan-qorçu yaman tələsiyirdi. Tez-tez Alıya deyirdi:
- Bə sən deyirdin adna axşamı gedəjiyik, cümə günü yola düşməliyik.
Yolumuzu gözdəməkdən evdəkilərin gözünün kökü saraldı.
Ərzurum dağlarının ətəyində qalyan-qorçu bir də onu tələsdirəndə Alı sazı
sinəsinə basıf qəmli-qəmli oxumağa başdadı.

Budu gəldi aylar sultanı Novruz,
Dolandı ruzigar, havalar keşdi.
Dəli könül gündə yüz xəyal eylər,
Balalı sərimnən sevdalar keşdi.

Başına mən dönüm, ey şahı-doxtər,
Apardı ağlımı gözdəri xumar.
Tapmadım ömrümə bir münasib yar,
Neçə məleykələr, sonalar keşdi.

Alı deyər bu qəm məni bürüdü,
Eynim yaşı sel-sel oldu, yeridi.
Cavan canım qürvət eldə çürüdü,
Neçə çərşənbələr, cumalar keşdi.

Bu sözü qurtarannan sonra onnar başdadılar getməyə. Bir az gedənnən sonra
gəlif İydir şəhərinə çatdılar. Bir az da gedif çatdılar Axuranın yalına. Artıq Ağrı
dağı görünürdü.
Aşıx Alıya demişdilər ki, Ağrı dağının yanınnan getmiyin. Orda yeddi zilan
qaçağı var, sizi saxlayıf soyajaxlar.
Aşıx Alının sazının simi qırılmışdı. Sazını düzəltdirmək isdiyirdi. Bir də baxdı
ki, əli silahlı, yeddi nəfər Ağrı dağınnan enif onnara tərəf gəlir.
Aşıx Alı böyük bir daşın dalına girif sazı daşın üstünə qoyuf dedi:
- Ayə, tərpənməyin silahları qoyun yerə. Yoxsa hammızı dənniyəjəm.
Zilan qaçaxları baxıf gördülər ki, qavaxda qəribə bir silah görünür. Doqquz
nişanə götürən qaraulu var. Bunnar yalvarmağa başdadılar.
- A qardaş, vallah, biz düzgün adamlarıx, düşmanmyıx, ona görə dağlara
çəkilmişik. Bizim siznən nə işimiz var?
- Ayə, sizə demirəm tökülün atdan, silahları yəhərin qaşına keçirdin!
Onnar atdan düşüf, silahları, qatarrarı yəhərin qaşına keçirtdilər.
Aşıx Alı dedi:
- Əllərinizi yuxarı qaldırın, and için! Dedilər:
- Nəyə and içək?
- And için Ağrı dağına, peyğəmbərin bulağına, Nuhun gəmisinə. And için ki,
bizim siznən heş bir işimiz olmuyajax.
Birinin civində bıçağı varıydı. Əlini salıf onu da civinnən çıxardif yerə atdı.
Öz-özünə dedi:
- Qansız adama oxşuyur. Birdən üstümü yoxluyuf tapar. Məni vuruf öldürər.
Aşıx Alı dedi:
- Di gəlin addayın.
Bunnar əlləri yuxarıda gəlif addıyırdılar. Biri gözünün qulağınnan baxanda
gördü kü, aya, silah-zad nədi, bunun əlindəki sazıymış. Bir göz qırpımında aldılar
Aşıx Alının başının üstünü.
- Aşıx, and içmişik ki, səni öldürməyəjəyik. Ağrı dağında nə nişangah varsa,
hamısını deyejəksən. Yoxsa, sənin qaşoyluğunu bu qamçıya verəjəm.
Aşıx Alı dedi:
- İcazə verin deyim.
Aldı görək Aşıx Alı nə dedi:

Alçaxdan ucuya çəkilif başın,
Dağların sərdarı nər Ağrı dağı.
Payızın, baharın olar zimistan,
Sənnən əysik olmaz qar, Ağrı dağı.

Dedi:
- Aşıx, Ağrı dağının nə nişanəsi var biz bilirik. Düz deməsən, səninkini sana
verəjəyik.

Xan atdanar, xan yerinə xan düşər,
Leşgər vurar, mahallara qan düşər,
Hər dağdan irəli sana gün düşər,
Hər zaman açılsa dan, Ağrı dağı.

Qaçaxlar bir ağızdan dilləndilər:
- Aşıx Alı, sağ ol. O biri nişannarı da düz desən, nəmərin bizdə.
Alı alıf sözün o biri xanələrində görək nə dedi:

Səkkiz rizvandı, o cənnət bağı,
Neçə qapısı var, neçə otağı...
Nuh gəmisi, peyğəmbərin bulağı,
Çox nişana səndə var, Ağrı dağı.

Aşıq Alı insanata sirridi,
Tozun qalxıf İrəvanı bürüdü,
Axşam üstü bir tərəfin yeridi,
Batırdın Axuranı pir Ağrı dağı.

Söz qaçaxların çox xoşuna gəldi. Yeddi nəfəriydilər. Hərəsi bir onnux qızıl da
bunnar verdi.
Aşıx Alıynan qalyan-qorçu Əsəd xeyli gedənnən sonra sağ-salamat gəlif Şərur
torpaxlarına çatdılar. Alıynan qalyan-qorçu Əsədin ayrılmax məqamı yetişdi.
Görüşüf, öpüşüf, halallaşannan sonra Aşıx Alı çıxardıf Əsədin pullarını verdi. Hələ
otuz manat da üstünə qoydu. Baxdı Əsəd ayağınnan yer qurdalıyır. Alı dedi:
- Əsəd, noluf, niyə yer eşəliyirsən?
- Aşıx Alı, mana az verdin.
- Niyə danışdığımız yadınnan çıxıfmı?
- Yox, yadımdadı. Amma mən çox çətinniklər çəkdim sənin yolunda. Sən də ki,
yüz aşığın pulunu qazandın.
Aşıx Alı çıxarıf ona otuz manat gənə verdi. Sonra halal-hümmət eliyif
ayrıldılar. Aşıx Alı gejəni gündüzə qatıf özünü kənddərinə çatdırdı. Gejə yarısı
qapılarını döydü. Tez dədəsi qapının dalına gəlif soruşdu:
- Səsinə qurvan olum, Alı, sənsənmi?
- Ay dədə, mənəm.
Allah heç kəsi kasıf eləməsin. Bir ağac qırığı yoxuydu ku, qapının dalına
söyküyüf yatalar. İmirzə kişi qapının dalına daş yığmışdı. Daşdan bir-bir götürüf
qırağa qoyur. Qoyduxca danışırdı:
- Alı, mən bir şey düzəldəmmədim. Ölmüş anan da bir şey düzəldəmmədi.
Aşıx Alı dedi:
- Ay dədə, qorxma, yaxşı gəlmişəm.
İmirzə kişi qapıyı açdı. Aşıx Alıyı bağrına basdı. İmirzə kişi dedi:
- Öyü xaravanın qızı, Alı gəldi.
Anası yetirif oğlunu ayaxdan başa duz kimi yaladı.
- Anan ölsün. Anan öləydi, səni görmüyəydi. Bəsdi xanımı ayrı adama veriflər.
Bu saat toy çalınır.
İmirzə kişi hirsdi adamıydı, amma adam döyməknən işi yoxuydu. Arvadın
üstünə qıjğırılıf dedi:
- A gijvəsər qızı, gijvəsər. Cahaldı, ona niyə elə xəvər verdin?!
Savah açılhaaçılıydı. Anası tez çay qaynadıf onun qavağına qoyuf, dedi:
- Anan ölsün, bir istəkan çay iç.
Aşıx Alı bir istəkan çay içənnən sonra baxıf gördü kü, dədəsi böyründə
hərrənir. Alı dədəsinin üzünə baxanda İmirzə kişi soruşdu:
- Ah, a bala, nətəri gəldin?
- Ay dədə, yaxşı gəlmişəm. Üç kisə qızıl gətirmişəm. Dan yeri ağardı.
Camahat mal-qoyunu naxıra qatan vaxtı İmirzə kişiyə dedi:
- Ay dədə, mən Çamırrıya Bəsti xanımın toyuna getmək isdiyirəm, nə deyirsən?
- A bala, o toyda on yeddi cahal əli tüfəngli dayanıf, deyillər toya kim duz
qatsa, onu vurajaxlar.
- Yox, dədə, ölsəm də gedəjəm.
Aşıx Alı sazım götürüf Çamırrıya, toy öyünə yollandı. Camahata şüd düşdü kü,
Aşıx Alı gəldi. Hamı elə bilirdi ki, Aşıx Alı ölüf. Ona görə də Bəsti xanımı
başqasına verillər. Aşıx Alı məclisə girəndə hamı məəttəl qaldı.
- Aşıx Alı, sazını çıxart, bir oxu.
Aşıx Alı sazı çıxartmaxda olsun, sizə kimnən xəvər verim, İmirzə kişidən.
İmirzə kişi arvadına dedi:
- Arvad, o farmaşın qoynundakı xançalı çıxart mana gəti.
- A kişi, neynirsən onu?
- Gədənin dalıncax gedirem, tez ol!
- Ayə, sən bu xançalnan nağayrajaxsan?
- Əşşi, sənin işin döyül. Yüz gün yarax, bir gün gərək.
İmirzə kişi ətmi doğramışdı, köşəmi çəkmişdi, ya gönmü sıyırmışdı, bilmirəm
elə qannı-qannı xançalı qınına qoymuşdu. Xançalın yarıya qədəri qındaydı, yarıya
qədəri də çöldə. Nə qınına otururdu, nə də çıxırdı. İmirzə kişi bunu kürkün altınnan
belinə bağlayıb getdi həmin toy məclisinə. Gördü kü, on yeddi cahal əlində tüfəng
dayanıf. İmirzə də bir tərəfdə dayandı. Əli də kürkün altındakı xançalın dəstində.
Camahat dedi:
- Aşıx Alı, oxu.
Aldı görək Aşıx Alı nə dedi:

Günahkaram yar yanında,
Doğru sözüm yalan oldu.
Yeriş etdi qəm ləşkəri,
Könlüm şəhri talan oldu.

Bəsti xanım Aşıx Alının səsini eşitdi. Üzünnən ürbəndini azajıx araladı. Gördü
kü, Aşıx Alı qəmli-qəmli oxuyur. Aşıx Alı da baxdı ki, Bəsti xanım ağlıyır. Özözünə
dedi:
Ayə, bu bizim kənddi filankəs kimi gözündən mayıf olajax.

Bax bu qaşa, bax bu gözə,
Yandı bağrım döndü közə.
Keçən sözü çəkmə üzə,
Keçən keçdi, olan oldu.

Bəsti xanım baxıf gördü kü, söznən onu başa salır ki, gedifsən get, günahkar
mənəm.
Bəsti bu töhmətə dözmədi, oğlanın bajısını yanına çağırıf dedi:
- Ala, qardaşının üzüyünü.
- Aaz, toya qan salarsan, aaz nə danışırsan?
- Cəhənnəmə qan düşsün. Mən elə bilirdim ki, Aşıx Alı ölüf.
İndi ki, Aşıx Alı sağdı, getmiyəjəm.
Bir azdan xəvər yayıldı kı, deməzsənmi Bəsti xanım Aşıx Alı gəlif deyən üzüyü
geri qaytarıf, toyu pozmax isdiyir. Aşıx Alı isə oxuyurdu:

Aşıx Alı sana qurvan,
Gəl eyləmə bağrımı qan.
Əldən uçdu tülək-tərlan,
Sar da kəklik alan oldu.

İmirzə kişi baxıf gördü kü, qızın atası adamlarına deyir ki, Aşıx Alıyı da vurun,
dədəsini də. Yazıx İmirzə kişi Aşıx Alının arxasınnan hərrənirdi ki, qoy atılan güllə
qavaxca mana dəysin. Kürk qalındı bəlkə saxlıya. Bala dediyin bağır ətidi. Allah
heş kimi tək eləməsin. Bir azdan ara qarışdı, məssəf itdi. Camahat iki tiriyə
bölündü: kimi Aşıx Alıya hax qazandırdı, kimi də toy yiyəsinə.
Aşıx Alı baxıf gördü kü, bunnarın sözünü az adam deyir. Amma camahatın
bəzisi annadı ki, İmirzə kişidə silah var. Nədisə kürkün altındadı. Əlini atıf
çıxartmax isdiyir. Dodaxaltı da, deyir ki, çoxdan çox öləjək, azdan az. Bu yerdə
görək aldı Aşıx Alı nə dedi:

Beybəfa dost məni cannan elədi,
Tutufdu dəstində ayaq almasın.
Girdim dostun baxçasını seyr etdim,
Görmədim bağında ayaq almasın.

Camahatın hamısı Aşıx Alıya baxıf hayfısdandı. Ayə, Allah eliyəydi toya qan
düşmüyəydi.

Katıvısan oxu dərsin hər aya,
Bayram ayı demək olmaz hər aya.
Şahlar şahı özün yetiş haraya,
Düşman bu günümdə ayaq almasın.

İmirzə kişi elə fikirrəşdi ki, Aşıx Alı təkdi deyən özünə kömək isdiyir. Əli
xançalın dəstəsində köyrəldi. Dedi: - Ayə, a bala, sənin üstünə ayax alan kimdi?
Aldı görək Aşıx Alı nə dedi:

Deyər Aşıx Alı yara bağlıya,
Kamil təbib gərək yara bağlıya.
Yar ixlasın özgə yara bağlıya,
Həftə tamam oluf, aya qalmasın.

Niftalı irəli yeriyif dedi:
- A camahat, mənnən küsmüyün. Mən qızımı Xudaverdinin oğluna vermirəm.
Camahat dedi:
- Niyə, a Niftalı?
- Ona görə ki, Aşıx Alı haqq aşığıdı. Mənim qızıma qarğadı. Gözümün ağıqarası
bir uşağım var. Niyə getsin bədbaxt olsun.
Camahatın yarısı ayağa qalxdı.
- A Niftalı, onda qızı Aşıx Alıya verək.
Bir neçə ağsaqqal yerinnən qalxıf dedi:
- Düz deyir, qavaxdan Niftalı qızın "hə"sini Aşıx Alıya verif, qız ona deyiklidi.
Aldı görək Aşıx Alı indi nə oxudu:

Uçufdu könlümün qəlbi hasan,
Bir sütun vurdunuz damı dayansın.
Hər kim dostdan dosta yaman qandırsa,
Qıyamat oduna damı da yansın.

Camahat baxıf gördü, kim ki, Aşıx Alının sözünü demir, haqq aşığı onu
qarğıyır. Dedilər:
- Xudaverdidən ötrü damımızı niyə başımıza uçurdurux? Niyə qarğış yiyəsi
olurux?
Alı isə oxuyurdu:

Dedim əğyar özü nədi, sözü nə?
Baxgınan qaşına, ala gözünə,
Axirətdə bir öy tiksə özünə,
Uçmasın başına, damı dayansın.

Camaat baxıf gördü kü, Aşıx Alı açıx-aşkar deyir:
- Kim ki, mərdimazardı, qoy onun evi başına uşsun.

Deyər Aşıx Alı acar ovluya,
Zambur şirə çəkə acar ovluya.
Hər kim dostun qoyuf acar ovluya,
Od vur qapısına damı da yansın.

Söz tamama yetən kimi Çamırrının ağsaqqalı ayağa qalxıf dedi:
- Ay camahat, heş kim səs-küy salmasın. Ay İmirzə, irəli gəl Xudaverdi nə
verifsə, o başdığı sən ver Niftalıya.
Aşıx Alı sazını götürüf evlərinə qayıtdı. İmirzə irəli yeriyif dedi:
- A Xudaverdi, nə verifsən?
Dedi:
- Yüz manat qızıl pul. Bir həftə də bu camahatın yeyif-içdiyinin hamısını.
İmirzə onun nə təmənnası vardı, hamısını ödədi. İrəli yeriyif Niftalının əlinnən
tutdu.
- A Niftalı, "hə" alanda pulum olmadı. Bu iki onnux sənin "hə" demən. Üç yüz
manat qızıl pul başdıx istəmişdin. Ala bu da sənin başdığın.
Xudaverdiyə dedi:
- Di zurnaçılarını götür get. Camahat dedi:
- Ayə, zurnaçı neyliyir sana? Qoy çalsınnar. İmirzə dedi:
- Yox, mana ürəkdən çalan zurnaçı lazımdı. Çaxırrıdan Balay Söyünü
gətirəjəm. Camaat razılaşıf Bəsti xanımı Alıya verdi.
O vaxtdar gəlin atnan gəlirdi. İmirzə kişinin bir atı varıydı. Bir-neçə atı da
Mustafa göndərdi ki, gəlinin qavağında at oynatsınnar. Gəlini ata mindirdilər.
İmirzə kişi bir əlinnən atın yüyəninnən, o biri əlinnən də üzəngisinnən tutuf,
başınnan arvadı yanına çağırdı.
- Ay ölü qızı, ölü, gəlif gəlinin qavağında oynasana!
Gəlin qapıya çatdı. Camahat axışıf gəldi. Elə gözəl bir toy keçirdilər ki, daa nə
deyim? Xudavəndi-aləm hamıya oğul toyu, qız toyu qismət eləsin.
Aşıxlar toyun sonunda bəy tərifi söylüyər, sonra da bir duvaqqapamaynan
məclisi başa çatdırallar. Biz də bu söhbətimizi beləcə başa çatdırax:

Təzə bir gözəl çıxıfdı, -
Dağlar maralı, Gülpəri.
Hər kəsə qarşı gəlsə,
Yandırar narı, Gülpəri.
Camalınnan haya edir,
Dağların qarı, Gülpəri,
And verirəm öz baxtına,
Pozma ilqarı Gülpəri.

Gülpəri, nə Gülpəri,
Bənzər cənnət almasına.
Ay, gün görsə haya edir,
Keçər bulud daldasına.
Eşidənnər heyran qalır,
Bu gözəlin sədasına.
Nə ola qədəm basasan,
Bir bizə sarı, Gülpəri.

Hər kim belə gözəl alsa,
Baxtafar onun başına.
Yüz yaşında qoja olsa,
Enər on səkkiz yaşına.
Görənnər heyran qaldı,
Onun süzgün baxışına.
Cəllad kimi aman vermir,
Qurudur darı, Gülpəri.

Aşıx Hajı, qurvan eylə,
Canını belə ceyrana.
Çoxlarını dəli edif,
Salıf çöllü-biyavana.
Hər kim belə gözəl alsa,
Zəhmət versin şirin cana,
Səyyat tor qursa tərlana,
Ovlar şikarı, Gülpəri.