Aşıq Həsənalı ilə bağlı rəvayət
Aşıq Həsənalı ilə bağlı rəvayət Müəllif: Aşıq Həsənalı |
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
XIX əsrdə Şahbuz bölgəsində yaşamış Aşıq Həsənalı rəvayətə görə, günlərin birində yaradanın buyruğu ilə Giilənbər adlı bir gözələ tuş olur.
Aşıq Həsənalı:
Başına döndüyüm gözəl Giilənbər,
Vuruldum hüsnünə sən tək ceyranın.
Eşitmişəm gözəlisən cahanın,
Əsirgəmə mən tək yardan dərmanın.
Giilənbər:
Haradan aradın, haradan bildin?
Nədən bildin gözəliyəm cahanın?
Məni gördün, sən ki, oldun dərd əhli,
Ya dərdin məndədir, ya da dərmanın.
Aşıq Həsənalı şirin dilinən qızın haralı və kimləndən olduğunu soruşur. Məlum olur ki, bu qız Duluslu Məhəmməd bəyin qızıdır, sonradan köçüb Daradaşa gəlmişlər.
Gülənbər:
Dulusluydum, indi Darabaşlıyam,
Qəlbi qan ağlayan qəm libaslıyam,
Gözü yol gözlüyən, qəlbi yaşlıyam,
Əzəldən beylədi dövrü cahanın.
Sən bizi arayıb axlarsan əgər,
Darabaşda yoldan kənar bir qədər,
Məhəmməd qızıyam, adım Giilənbər,
Alsan yarı ollam sən tək oğlanın.
Qıznan oğlanın bu göriişiinnən Məhəmməd bəy xəbər tutur və Aşıq Həsənalını o ki var döydiiriib kənddən qovur. Giilənbər Həsənalının ayrılığına dözə bilmir, sevgilisinə bir məktub yazıb atasının çobanı Səttara verir və deyir:
Başına döndüyüm əhli-hal çoban,
Sən gedərsən Naxçıvana yetərsən.
Nabələd olsan da, xəbər alarsan,
Bu məktubu o oğlana verərsən.
Baislərin görüm üzü gülməsin,
Heç bir gözəl Gülənbər tək olmasın,
Elə çatdır özgə adam bilməsin,
Çəkib onu bir pünhana, verərsən.
Axtarıb, arayıb tapıb özünü,
Çatdırarsan ona mənim sözümü,
De, eşitsin, bilsin sözün düzünü,
Gəlsə düşməz nahaq qana, verərsən.
Gülənbər məhtubunda Həsənalıya onun yolunu gözlədiyini bildirir, libasını dəyişib Darabaşa gəlməyi tapşırır. Aşıqdan başqa heç kimə könül vermiyəçəyinə və əhdinə sadiq qalaçağına and içir:
Oğlan, hara gedib, nə axtarırdın?
Mənim atam ilə bədə varırdın,
Əgər ki, qəlbində yar axtarırdın,
Uz qoyuban Darabaşa gələrsən.
Gülənbərəm, mən çəkirəm ah-zarı,
Nə müddətdir gözləyirəm yolları,
istəsən gələsən sən bizə sarı,
Bürünərsən tərs libasa, gələrsən.
Atam, anam belə bir iş görərsə,
Sınmış qəlbi əyri qoyub hörərsə,
Səni qoyub başqasına verərsə,
Mən ölərəm, sən də yasa gələrsən.
Gülənbərin göndərdiyi çoban Səttar gəlib Şahbuzun Xinzi- rək kəndinə çatır və Mədəd adlı birinin evində qonaq olur. Mədəd çobana bələdçilik edir, gəlib Şahbuzun Zımel kəndində Aşıq Həsənalı ilə görüşürlər. Həsənalı Gülənbərin məhtubunu oxuyub sevgilisinin dediyinnən hali olur. Lakin Məhəmməd bəyin onu döydürüb kənddən qovdurması da xatirinnən çıxmır. O bilir ki, Giilənbərin ardınca Daradaşa getsə, yenə müsibətə düşəcək. Odur ki, Giilənbərə belə bir məktub yazıb çoban Səttara verir:
Güllər içrə seçdim süsənbər səni,
Bilirəm özümə bir ənbər səni,
Həsənəm, sevmişəm, Gülənbər, səni,
Düşməgilən kəm xəyala, gəlmənəm.
Başqasına baxıb köks ötürmənəm,
Səndən özgə gözəl mən gətirmənəm,
Ölərəm, mən səndən əl götürmənəm,
Başım düşər qalmaqala, gəlmənəm.
Demirəm qorxuram xanü bəyindən,
Xəyal düşüb qeyri-hala, gəlmənəm,
Əyər sən gələsən, yolun gözdərəm,
Üz döndərib, o mahala gəlmənəm.
Aşıq Həsənalı məktubunda sevgilisi Gülənbərdən gizlicə Naxçıvana, onun yanma gəlməyi iltimas edir:
Əgər ki, arasan mənim yerimi,
Sevər olsan bu mahala gələrsən.
Mənim dediyimi atan bilməsin,
Başım düşər qülü-qala, gələrsən.
Hələ yaşayıram, bu cahandayam,
Bəy, ağa gözündən çox pünhandayam,
Dulusdan gəlmişəm, Naxçıvandayam,
Məni sevsən, bu mahala gələrsən.
Adım Həsənalı, özüm sərsəri,
Bu qısa məktubla verdim xəbəri,
Keçərsən gələrsən Uruddan bəri,
Ağdabandan aşıb dala, gələrsən.
Çoban Səttar Aşıq Həsənalınm məhtubunu aparıb Gülən- bərə verməzdən qabaq Məhəmməd bəyin ilxıçısım görür, Nax- çıvannan gəlib Gülənbərə məhtub gətirdiyini söyltiyür. İlxıçı bu işlə maraxlanıb məhtubu çoban Səttardan alır və aparıb Məhəmməd bəyə verir. Məhəmməd bəy fikirləşir ki, bu işi belə qoysa Aşıq Həsənalı bir gün gəlib qızı qaçıracax və onu el içində xar edəcək. Odu ki, dərhal qızı Gülənbərə toy eləyir və onu zorla dostu Səfər bəyin oğluna verir.
Uzun illər keçir, Həsənalı bir gün Darabaşa gedir. Lakin eşidir ki, Gülənbəri zoman başqasına ərə veriblər. Odu ki, el içində xar olmasın deyə Darabaşdan Mələk addı bir qız gətirir ki, kənddə desinnər aşıq getdi sevgilisin gətirdi.