Aşıq Məmmədcəfərlə Səhnə xanımın deyişməsi

Aşıq Məmmədcəfərlə Səhnə xanımın deyişməsi
Müəllif: Aşıq Məmmədcəfər
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05.

Tırkeşli Aşıx Məmmədcəfər olub. Şair imiş. Bir gecə yuxuda buna Qarabağın Mehdili kəndindən Səhnə adında bir qız vergi verilir. Bı gətirip özdərinin ala öküzünü duzla yüh- ləyir, sazmı da götürüb Səhnə xanımın arxasınca Qarabağa yollanır. Gəlip Mehdiliyə çatır. Özün duz satan kimi göstərib, deyir duz satmağa gəlmişəm. Binin gəlməyin Səlinə xanım da bilir. Məmmədcəfərə deyir sən duz satan dəyilsən. Mənnən deyişməyə gəlmisən. Məmmədcəfər başa düşür ki, bina verildiyi kimi, qıza da vergi verilip. Deyirlər Səhnə də Qarabağda şairə imiş. Meydan qurdurur. Geyinip-gecinip sazım da əlinə götü- rüp meydana gəlir. Sazı köhlüyüb zilini zil, bəmini bəm eyliyir. Başdıyır Aşıx Məmmədcəfərə hərbə-zorba gəlir:

Bizdən salam olsun gələn aşığa,
Həbəs-həbəs bu meydana gəlmisən.
Eşitmədin mənim adı-sanımı?
Ya dəlisən, ya divanə gəlmisən.

Məmmədcəfər:
Bizdən salam olsun Səhnə xanıma,
Davı təbəm bu meydana gəlmişəm.
Yolunda qoymuşam sərinən başı,
Qəsd eləyip şirin cana gəlmişəm.

Səhnə xanım:
Dürüst danış, dürüst söylə sözünü,
Pərvanə tək oda salma özünü,
Yəqin bil ki, oy duraram gözünü,
Ajdığın var bəlkə nanə gəlmisən?

Məmmədcəfər:
Adam övladıyam gürühum məci,
Ağam Şahi-Mərdan doyurur acı,
Bir dərdə düşmüşəm yoxdu əlacı,
Sən təbibsən, mən dərmanə gəlmişəm.

Səhnə xanım:
Könül gəzər Hindistanı, Kaşanı,
Tammanam xanı, bəyi, paşanı,
Yoxdu səndə aşıxlığm nişanı,
Duz satansan, sən karvana gəlmisən.

Məmmədcəfər:
Gəl sən etməginən bizə o fəııdi,
Boynuma salmısan eşqi-kəməndi,
Matahım duz deyil, yaqut-yaməııdi,
Sığınmışam Sübahana gəlmişəm.

Səhnə xanım fıkirrəşdi, sözün bı xanasına cabap tapa bilmədi. Belə olanda Aşıx Məmmədcəfər götürüb binin cavabında dedi:

Qurban olum, sənin qələm qaşına,
İzin versən, mən dolanam başına,
Canımı salmısan eşq ataşına,
Pərvanə tək yana-yana gəlmişəm.

Səlmə xanım sazı qoydu yerə. Məmmədcəfər onu bağladıqdan sonra el adətiynən ata-anasının irazılığım aldı. Səlmə xanımı da götürüb Naxçıvan torpağına gəldi. Toy elətdirib ona evləndi.