Aşıq Pəri Maralyaninin Mirzə Həsənə cavabı

Oynaşır
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Katiblərin şahı, dəftər içində,

Qələm ilə nazik əllər oynaşır.

Fitnəli fe’llisən, nazü qəmzəli,

Dəhamnda şirin dillər oynaşır.


Eşqinin əlindən gedərəm dadə,

Dərdim olur günü-gündən ziyadə,

Şivəvü rəftarın düşəndə yadə,

Bağrımın başında millər oynaşır.


Dad eylərəm, haray naşı əlindən,

Yandı ciyər eşq atəşi əlindən,

Mən nə deyim, gözüm yaşı əlindən,

Ürküşür sonalar, güllər oynaşır.


Adam var dolanır məkrin içində,

Adam var dolanır zikrin içində,

Sənin kamalında, fikrin içində,

Əcayib-qərayib hallar oynaşır.