Aşıq Pərinin Cəfərqulu xana cavabı
Aşıq Pərinin Cəfərqulu xana cavabı Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Əkrəm Bağırov,Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Eşitmişdik, qulluğuna yetişdik,
Gördük ki,düşübsən dildən-dilə sən.
Unutmayıb müsəlmanlıq şərtini,
Matəm tutub, bir insafa gələsən.
Bu işdə Qədirin varıdır tayi,
Yetən kəslər ona deyir sövdayi,
Aralığa düşüb məhərrəm ayi,
Layiq deyil onda deyib-güləsən.
Yaxşı yetər imamı fəryadına,
Belə işin ləzzəti nə, dadı nə?
Adam bildik, biz də gəldik adma,
Adamlığı qanmayıbsan hələ sən.
Ey Pəri, tə’cil et sualında sən,
Nöqsan yetiribsən kamalında sən,
İndi surna çalmaq xəyalındasan,
Onu məgər axirətdə çalasan.