Ola
Müəllif: Məhəmməd bəy Aşiq
Aşıq Pəriyə
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Tәxәllüs nә lazım, ey Aşıq Pәri,
Bir kәs ki, mehrdәn xәbәrdar ola?
Könüldәn könülә yollar görünür,
Әlavә, nә hacәt, aşikar ola?

Xoş yaradıb sәni ustadi-әzәl,
Hüsnü vәcahәtdә yekta, bibәdәl,
Dızaq mahalında sәnin tәk gözәl--
Hәqdәn istәmişәm bәrqәrar ola.

Әhli-halı görmәk istәr әhli-hal,
Müzayiqә etmә, gәr olsa macal.
Sәnin tәk dәrdmәnd olmayan mahal,
Görüm ki, dağılıb tarümar ola.

Belә işin nә lәzzәti, nә dadı,
Xublar bilә görәk aşnanı-yadı,
Çәkәsәn ağuşa bala Fәrhadı,
Şirin didarına intizar ola.

Ağlını cәm eylә, olma sәrsәri,
Sәndә yoxdur eşqbazlıq әsәri,
Fәhmü fәrasәtdә yüz sәn tәk Pәri
Gәrәkdir Mәmmәdә xidmәtkar ola.