Aşıq Valehin Abdulla Canızadəyə ikinci şeiri
Aşıq Valehin Abdulla Canızadəyə ikinci şeiri Müəllif: Aşıq Valeh |
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva). |
Aşıq Valehin Abdulla Canızadəyə İkinci şeiri
Gəldi mehman ki, sən ey hacı Zəvvar Hüseyn,
Necə saldın yola, ey mənsəbi hac əl-hərəmin?
Lənət olsun belə hacıdan olan övladə,
Cəbr edə mən kimi sərrafi-süxən ustadə.
Sənin ağzına baxardı tamam el sövdadə,
Mənim. . . . . . sarıdan getdi imanın badə.
Görmədinmi məni həcv eyləyən Abdullanı,
Elə zərb etdim ona çıxdı . . . . . . . . canı.
Şəhrdən çölə əgər gəlsə əlimə o əlin,
Sürürəm hər tərəfə, yerdə qalur cümlə dərin.