Aşıq Valehin Qənbərə cavabı
Aşıq Valehin Qənbərə cavabı Müəllif: Aşıq Valeh |
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva). |
(birinci cavabı)
Sən tək təbibin gözləri azarə düşərmi,
Yazdan bir ay ötmüş.
Bir göz ki, qırov olmaya kor qara düşərmi,
Azardı bu batmış.
Korluq sənə bu bəxtində, biçarı, düşərmi,
Sinnin ola yetmiş.
Qənbər kimi gözün aya, pürkarə düşərmi?
Söz yerini tutmuş.
Öz nüsxən olub indi sənin özgəyə isbat
Tut səni məni məzur.