Aşıq Valehin Qənbərə ikinci cavabı
Aşıq Valehin Qənbərə ikinci cavabı Müəllif: Aşıq Valeh |
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva). |
(ikinci cavabı)
Bu təbi-təbabətliyi bir kəs bilə haşa,
Ey Qənbəri-məcnun,
Dərmanlarını görsə qalır məhzi müğəvva
Loğmani əflatun.
Gözdən və nəzərdən səni hifz eyləyə mövla
Danayi -pürəfsun.
Bir sən kimi kəhhal dəxi xəlq etməyib əsla
Ol qadiri - biçun?
Qırx yeddi qələm göz davasın eyləyə peyda.
Gözdən özü məğmun.
Allaha şükür gözlərimin yoxdur azarı,
Axmaz pıçalağı.
Bir güzgü alıb, bax gözünə sənsən tarı,
Kor- körcə bəlağı.
Həcvinə görə gözləri kor olmaya barı,
Kardır da qulağı.
Adətdri ki, sağlar kora gülməkdir mudarı,
Kardır da qulağı.
Sağ gözlünü kor həcv edubən eylədi rüsva,
Düşdü belə qanun.
Bir gün gözümüz qarə düşəndə nə gülürsən,
Könlün nə olur şad?
İllər uzunu burnunu bəs niyə silirsən,
Olmuş sənə mədat.
Göz ağrısına pəhrizi, qeyzanı bilirsən,
Çün öyrədib ustad.
Bəs niyə qara mal kimi quyuya düşürsən!
Gər olmasa irşad.
Öz eybinə kor ol, dəxi çox söyləmə bican,
Danışma bu məzmun.
Valeh o zamandan ki, olubdur sənə yoldaş,
Ol xoş qədəmindən.
Yoxmadan olub gözləri manendeyi xəffaş,
Gərək qaça gündən.
Bizdə yenə sağ gözdü, görür, qədəri gedir yaş,
Həqqin kərəmindən.
Sənin başına ey biçarə, eylə, düşüb daş.
Dövran sitəmindən.
Görmək sənə olmaz dəxi ölüncə mühəyya,
Sədd dövr edə gərdün.