Aşıq Valehin cavabı
Aşıq Valehin cavabı Müəllif: Aşıq Valeh |
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva). |
Ey bic, sənin Canidən özgə pədərin var,
Ondan sədəf sinədə, muncan gövhərin var.
İncimədi heç acı sözündən dili-şirin,
Çün nəxli həram, tuşəsən acə səmərin var.
Atam deyibən Caniyə qəmxar olursan,
Ondan axta didə, sənin nə xəbərin var.
Bir mən kimi şair kişinin nütfəsi sənsən,
Bu şeri fəsahətdə ki, munca hünərin var.
Ağlına yaraşmaz Caninin sən kimi oğlan,
Bir sən kimi ağlı kükü oğlu qəzərin var.